|
Əlaqə
|
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
|
|
|
|
UKRAYNA PREZİDENTİ VİKTOR YUŞŞENKONUN AZƏRBAYCANA SƏFƏRİ BAŞA ÇATIB Ukrayna prezidenti Viktor Yuşşenkonun ölkəmizə səfəri çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycanda Ukrayna mədəniyyəti günlərinin açılışı münasibətilə konsert keçirilib.
|
|
|
|
|
ROBERT SIMMONS: “İPAP-IN BIRINCI MƏRHƏLƏSINI MÜVƏFFƏQIYYƏTLƏ BAŞA ÇATDIRAN AZƏRBAYCAN IKINCI MƏRHƏLƏNIN YERINƏ YETIRILMƏSINDƏ DƏ YÜKSƏK NƏTICƏLƏR ƏLDƏ EDƏCƏK” Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev iyunun 27-də NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmonsu qəbul edib.
|
|
|
|
|
ATƏT-IN BAKI OFISI VƏ DIN-IN TƏŞKILATÇILIĞI ILƏ MINGƏÇEVIRDƏ AZƏRBAYCAN POLISININ YARANMASININ 90 ILLIYINƏ HƏSR OLUNMUŞ TƏDBIR KEÇIRILƏCƏK İyunun 29-da ATƏT-in Bakı Ofisi və Azərbaycanın Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Mingəçevirdə Azərbaycan polisinin yaranmasının 90 illiyinə həsr olunmuş tədbir keçiriləcək. APA-nın məlumata görə, tədbirin keçirilməsində məqsəd yerli ictimaiyyəti Azərbaycan polisinin yeni imkanları ilə tanış etmək və Mingəçevir şəhər Polis İdarəsinə dəstək verməkdir.
|
|
|
|
|
ABŞ -IN XƏZƏRDƏ NEFT HASILATI ÜZRƏ PROQNOZLARI ÖZÜNÜ DOĞRULTMAYIB Xəzər regionunda neft hasilatı ABŞ Energetika İnformasiyası Dövlət İdarəsinin (EIA) proqnozlaşdırdığından aşağı olub. Bu barədə Amerikanın The Hill qəzetinə müsahibəsində EİA-nın rəhbəri Qay Karuzo (Guy Caruso) məlumat verib. “Biz çox məsələlərdə məyusluq yaranıb. Biz Rusiyadan kənarda neft hasilatının hazırki səviyyədən yüksək olacağını gözləyirdik”, - Karuzo bildirib. Onun sözlərinə görə, EİA-nın düzgün olmayan proqnozları müxtəlif səbəblərlə, o cümlədən Xəzərdə bir sıra layihələrin təxirə salınması ilə bağlı olub. Xəzərin şimalında Kaşağan yatağının işlənilməsi müddəti yeindən, 2013-cü ilədək təxirə salınıb. İlkin olaraq Kaşağanda hasilat 2008-ci ildə başlamalıydı. Lakin ötən il İtaliyanın Eni şirkəti bildirib ki, yataqdan hasilatın başlanılması 2008-ci ildən 2010-cu ilə keçirilir, layihəyə çəkiləcək xərclər isə, gözlənildiyindən yüksək olacaq. İtaliyanın Eni şirkətinin başçılıq etdiyi yatağın işlənilməsi üzrə Konsorsiuma Shell, ExxonMobil, Total, ConocoPhillips, Yaponiyanın İnpex şirkəti və “Kazmunayqaz” daxildir.
|
|
|
|
|
ABŞ ÜMUMDÜNYA TICARƏT TƏŞKILATINA DAXIL OLMASI PROSESINDƏ AZƏRBAYCANI DƏSTƏKLƏYIR – AMERIKALI DIPLOMAT ABŞ Azərbaycanın ÜTT-yə daxil olmaq prosesindən razıdır və Amerika gələcəkdə də ölkəni bütün istiqamətlərdə dəstəkləyəcək. Bu barədə bazar ertəsi Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayevlə görüşdə ABŞ-ın Azərbaycandakı səfiri Enn Dörsi məlumat verib. “Azərbaycan böyük iqtisadi potensiala, insan resurslarına malik ölkədir və ÜTT-yə üzvülük qeyri-neft sektorunun inkişafına yardım edəcək”, - Dörsi bildirib. Babayev Azərbaycanın ÜTT yə üzv olması prosesini dəstəklədiyi üçün ABŞ-a minnətdarlıq ifadə edib. Azərbaycan artıq işçi qrupun danışıqlarının V raundunu keçirib. Danışıqların yekunları üzrə Faktlar Məcmusunun hazırlanması barədə qərar qəbul edilib. Avqustun axırınadək sənəd Azərbaycan tərəfinə təqdim ediləcək. Babayevin sözlərinə görə, Azərbaycan ÜTT-yə daxil olmaq çərçivəsində, ABŞ və Avropa İttifaqının suallarını cavablandırmağa başlayıb. Sentyabr ayından gec olmayaraq, cavablar ÜTT Katibliyinə təqdim ediləcək. Babayev ilin sonunda İşçi Qrupun altıncı iclasının keçiriləcəyini bildirib.
|
|
|
|
|
Sorğu
|
| İnsan hüquqlarının qorunması üçün: |
|
|