Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
MDB Müşahidə Missiyası prokurorluqda olub
Parlament seçkilərini izləmək üçün Azərbaycana səfər edən Müstəqil Dövlətlər Birliyinin (MDB) Müşahidə Missiyası qərargahının rəhbəri Yevgeni Slobodanın rəhbərlik etdiyi nümayəndə heyəti Baş prokurorun birinci müavini Rüstəm Usubovla görüşüb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Məlumata görə, Rüstəm Usubov Milli Məclisə keçiriləcək seçkilərlə bağlı prokurorluq orqanlarının üzərinə düşən vəzifələr barədə qonaqlara ətraflı məlumat verib.
Azərbaycanın MDB ilə əməkdaşlığının daim yüksək səviyyədə olduğunu bildirən Yevgeni Sloboda müşahidə missiyası üçün lazımi şərait yaradıldığına görə təşəkkürünü bildirib, seçki zamanı yerli və beynəlxalq müşahidənin aparılmasının əhəmiyyətindən danışıb.
www.anspress.com
Oxunub: 206 dəfə | Tarix: 30 Oktyabr 2010 | Kateqoriya: Xəbərlər