Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
Avropa Birliyinin sammiti başladı
Brüsseldə Avropa Birliyinin payız sammiti başlayıb. İki gün ərzində zirvə toplantısının iştirakçıları bir sıra vacib qərarlar qəbul etməlidirlər. Onlar ilk növbədə Avropa Birliyinin gələn il üçün büdcəsini təsdiqləməlidirlər. Hələlik sammit iştirakçıları arasında büdcəyə düzəlişlərin edilib-edilməməsi, büdcənin azaldılması və ya artırılması ilə bağlı yekdil rəy yoxdur.
Sammitdə müzakirəyə çıxarılacaq digər vacib məsələ Avropa Birliyinin əsas sənədi olan Lissabon müqaviləsində dəyişiliklərin edilib-edilməməsidir. Zirvə toplantısının iştirakçıları Avrozona ölkələrinin büdcə-maliyyə qaydalarını pozan üzv-ölkələrə qarşı hansı addımların atılacağı ilə bağlı qərar qəbul etməlidirlər. Lissabon müqaviləsi qaydaları pozanlara qarşı sanksiyaların avtomatik tətbiqini nəzərdə tutur. Almaniya və Fransa isə büdcə kəsirini düzəltmək üçün yarım il vaxt istəyirlər. Bundan başqa, Almaniya daha bir təşəbbülə də çıxış edib: kansler Angela Merkel təklif edib ki, dövlətlərə yüksək faizlərlə kredit ayıran maliyyə qurumlarının vəsaitlərindən fəal şəkildə istifadə olunsun. Onun fikrincə, bu, Avropa Birliyində böhranın qarşısını ala bilər.
www.anspress.com
Oxunub: 226 dəfə | Tarix: 29 Oktyabr 2010 | Kateqoriya: Xəbərlər