Ana səhifə
  Haqqımızda
  İşçi heyəti
  Layihələr
  Xəzər dənizi
  Xəbərlər
  Analitika
  Qarabağ
  Nəşrlər
  Linklər
  Qalereya
Təqvim
«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
Xəzəryanı ölkələr
  Azərbaycan
  İran
  Qazaxıstan
  Rusiya
  Türkmənistan
Əlaqə
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
İlham Əliyev: “Dağlıq Qarabağın statusu ilə bağlı danışıqları davam etdirməyə hazırıq”
“Azərbaycanla Ermənistan arasında davam edən silahlı münaqişə hələ də bölgədə və beynəlxalq aləmdə təhlükəsizliyə və sülhə təhlükə yaradır”. Bunu Azərbaycan Respulikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının sessiyasındakı çıxışında deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi Azərbayacan ərazilərinin beşdə birinin işğalı ilə nəticələnib, Azərbaycan vətəndaşlarının hər 9 nəfərindən biri məcburi köçkünə çevrilib.

Prezident İlham Əliyev bildirib ki, Ermənistanın ciddi beynəlxalq cinayətlər törədərək, Azərbaycan torpaqlarında etnik təmizləmə siyasəti yürütməsi, monoetnik mədəniyyət yaratmaq istiqamətində fəaliyyəti, Azərbaycan ərazilərinin işğal edilməsinə görə məsuliyyət daşıdığı təsdiqlənib: “BMT-nin Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib və Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, ərazilərin əldə edilməsi üçün gücün tətbiqinin qəbuledilməzliyini dəstəkləyib. Qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu, işğalçı qüvvələrin dərhal işğal edilmiş Azərbaycan torpaqlarından geri çəkilməsinə çağırılıb. BMT Baş Asambleyası və digər beynəlxaq təşkilatlar,o cümlədən ATƏT, Avropa Birlyiyi, Avropa Parlamenti, İslam Konfransı Təşkilatı da eyni mövqedən çıxış ediblər. Təssüf ki, beynəlxalq ictimaiyyətin birgə mövqeyinə baxmayaraq, Azərbayacan əraziləri işğal altında qalmaqda davam edir”.

Prezident İlham Əliyev bəyan edib ki, rəsmi İrəvan münaqişəyə müvafiq həll variantı tapmaq əvəzinə sonu bilinməyən nəticələrə səbəb olan hadisələrin qızışdırılmasına çalışır. Onun sözlərinə görə, hazırda davam edən siyasi cəhdlərə baxmayaraq, Azərbaycanın işğal olunmuş ərazilərində beynəlxalq hüququn pozulması halları artır, işğal olunmuş ərazilərdəki mövcud status-kvo pozulur, işğal olunmuş ərazilərdə etnik təmizləmə siyasətinin nəticələri saxlanılır. Azərbaycan Prezidentinin fikrincə, bütün bunlar münaqişənin sülh yolu ilə həllinə ciddi maneələr yaradır: “Münaqişənin başlanmasından keçən dövr ərzində işğal olunmuş ərazilərdə məskunlaşma halları stimullaşdırılır. ATƏT 2005-ci ildə işğal olunmuş Azərbaycan ərazilərinə faktaraşdırıcı missiya göndərib. Bu missiya orada məskunlaşma izlərini aşkarlayıb və Azərbaycanın işğal olunmuş ərazilərindəki məskunlaşmanın dayandırılmasına çağırıb”.

İlham Əliyev işğal olunmuş ərazilərdəki tarixi və mədəni abidələrin dağıdılmasına da toxunub. O, Baş Assambleyanın diqqətinə çatdırıb ki, Ermənistanın məqsədi Azərbaycanın izlərini daşıyan mədəni və tarixi kökləri məhv etməkdir. Azərbaycan Prezidentinin sözlərinə görə, işğal olunmuş ərazilərdə heç bir Azərbaycan tarixi və mədəni abidəsi qalmayıb, heç bir müqəddəs yer vandalizmdən xilas ola bilməyib. O bəyan edib ki, işğal olunmuş ərazilərdə aparılan məskunlaşma, tarixi və mədəni abidələrin dağıdılması və başqa qeyri-qanuni əməllər oradan köçkün düşmüş insanların hüquqlarını pozur.

Prezident İlham Əliyev bildirib ki, uzanan siyasi danışıqlar beynəlxalq hüququn norma və prinsplərinin, insan hüquqlarının pozulmasına gətirib çıxarmamalıdır: “Dağlıq Qarabağda və ətraf rayonlarda silahlı münaqişənin tezliklə həll olunması bizim üçün vacib məsələ olaraq qalır. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri bölgəyə sülh və əmin-amanlıq gətirmək səylərini artırıblar. Münaqişə ilə bağlı qətnamələr Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən təyin olunmuş vaxt ərzində çıxarılmasını tələb edir, bütün kommuniksiyaların bərpasını, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına geri qaytarılmasını, Dağlıq Qarabağın daxili muxtariyyət statusunun müəyyənləşdirilməsini və bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsini nəzərdə tutur. Biz Dağlıq Qarabağın Azərbaycan daxilində yekun statusu ilə bağlı danışıqları davam etdirməyə hazırıq”.

Azərbaycanın dövlət başçısı bildirib ki, rəsmi Bakı münaqişənin sülh yolu ilə həllinə çalışsa da, Ermənistan tərəfi bunun üçün heç bir addım atmır. Məsələn, rəsmi İrəvan ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təklif edilən yenilənmiş Madrid prinsiplərinə hələ də cavab verməyib.

www.anspress.com
Oxunub: 275 dəfə | Tarix: 24 Sentyabr 2010 | Kateqoriya: Xəbərlər
Sorğu
İnsan hüquqlarının qorunması üçün:

İnsan hüquqları ilə bağlı daima seminarlar və treninqlər keçirmək;
Ümumtəhsil proqramına yeni fənn əlavə etmək;
Körpəlikdən düzgün tərbiyə vermək;
İnsan hüquqları sahəsində çatışmamazlıqlar həmişə olacaq.


Baş Xəbərlər
Xəbərlər Arxivi
May 2012 (30)
Aprel 2012 (1)
Mart 2012 (33)
Fevral 2012 (44)
Yanvar 2012 (42)
Dekabr 2011 (9)
Noyabr 2011 (8)
Oktyabr 2011 (22)
Sentyabr 2011 (15)
Avqust 2011 (5)
Iyul 2011 (8)
Iyun 2011 (18)
May 2011 (26)
Aprel 2011 (33)
Mart 2011 (17)
Fevral 2011 (21)
Yanvar 2011 (16)
Dekabr 2010 (14)
Noyabr 2010 (11)
Oktyabr 2010 (20)
Sentyabr 2010 (17)
Avqust 2010 (14)
Iyul 2010 (10)
Iyun 2010 (33)
May 2010 (55)
Aprel 2010 (52)
Mart 2010 (35)
Fevral 2010 (54)
Yanvar 2010 (37)
Dekabr 2009 (27)
Noyabr 2009 (44)
Oktyabr 2009 (37)
Sentyabr 2009 (30)
Avqust 2009 (25)
Iyul 2009 (33)
Iyun 2009 (55)
May 2009 (24)
Mart 2009 (27)
Fevral 2009 (28)
Yanvar 2009 (10)
Noyabr 2008 (21)
Oktyabr 2008 (22)
Sentyabr 2008 (22)
Avqust 2008 (31)
Iyul 2008 (39)
Iyun 2008 (36)
May 2008 (49)
Aprel 2008 (56)
Mart 2008 (12)
E-mail: office@cpf.az