Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
Türkiyə BMT Təhlükəsizlik Şurasına başçılıq edəcək
Bu gündən Türkiyə bir ay müddətində BMT Təhlükəsizlik Şurasına başçılıq edəcək. Türkiyəyə sədr səlahiyyətləri Təhlükəsizlik Şurasının daimi üzvü Rusiyadan keçir.
Qeyd edək ki, 2009-cu ildə Türkiyə BMT Təhlükəsizlik Şurasının 2 il müddətinə qeyri-daimi üzvü seçilib və artıq bir dəfə Təhlükəsizlik Şurasına rəhbərlik edib. Türkiyənin sədrliyə başlaması BMT Baş Assambleyasının illik 65-ci iclasının keçirilməsi ilə eyni vaxta təsadüf edir. İclas sentyabrın 20-dən 22-dək Nyu-Yorkdakı mənzil-qərargahda keçiriləcək. İclasda Türkiyə prezidenti Abdulla Gül və xarici işlər naziri Əhməd Davudoğlu da iştirak edəcək.
www.anspress.com
Oxunub: 148 dəfə | Tarix: 2 Sentyabr 2010 | Kateqoriya: Xəbərlər