|
"Sentyabrın 20-də Türkiyə Böyük Millət Məclisinin, Qazaxıstan Senatının və Azərbaycan Milli Məclis Aparatı rəhbərlərinin qeyri-rəsmi görüşü keçiriləcək", - Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRK PA) baş katibi Ramil Həsənov bildirib.
TÜRK PA-ya Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan üzvdür. Qurum ötən ilin ortalarında yaradılıb.
Həsənov deyib ki, Bakı görüşü 2011-ci ilin martında Astanada keçiriləcək TÜRK PA-nın plenar sessiyasına hazırlıqla bağlıdır.
www.milli.az
|