Ana səhifə
  Haqqımızda
  İşçi heyəti
  Layihələr
  Xəzər dənizi
  Xəbərlər
  Analitika
  Qarabağ
  Nəşrlər
  Linklər
  Qalereya
Təqvim
«    Fevral 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
 
Xəzəryanı ölkələr
  Azərbaycan
  İran
  Qazaxıstan
  Rusiya
  Türkmənistan
Əlaqə
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
Alternativ enerji mənbələri ilə bağlı yeni layihələr hazırlanır
Azərbaycan Milli Elmlər Akademiyası alternativ enerji mənbələrindən istifadə imkanlarının genişləndirilməsi ilə bağlı bir sıra müəssisələrlə birlikdə layihələr həyata keçirməyə hazırlaşır. Layihələrdə xüsusi ilə günəş və küləkdən alınan enerjiyə üstünlük verilir. Bununla bağlı bir sıra sənaye obyektlərində artıq işçi qruplar yaradılıb.

Ənənəvi enerji mənbələrinin tədricən tükənməsi və onlardan istifadə zamanı ətraf mühitə vurulan külli miqdarda ziyan ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən istifadəni zəruriləşdirsə də, hələ də onun payı çox kiçikdir. Bunu bir tərəfdən bərpa olunan enerji mənbələrinin maya dəyərinin baha başa gəlməsi, digər tərəfdən istehsal olunan enrejinin ötürülməsi və sərfiyyatı istiqamətində problemlər şərtləndirir.

Azərbaycan özünün əlverişli təbii şəraiti ilə kifayət qədər alternativ və bərpa olunan enerji potensialına malik olmasına, eləcə də hələ 2004-cü ildə bu barədə Dövlət proqramının qəbul olunmasına baxmayaraq, alternativ enerji hələ də nəzərəçarpacaq dərəcədə cəmiyyətə yol tapa bilməyib. Məhəlli səviyyələrdə istifadə olunan bu enerjinin geniş şəkildə tətbiqi istiqamətinə Milli Elmələr Akademiyası bir çox müəssisələrlə birlikdə layihələr üzərində işləyir.

Qeyd edək ki, Azərbaycanda ildə 300 günəşli və 270 küləkli günün olması regionda günəş energetikasının inkişafını daha perspektivli edir. AMEA-nın birinci vitse-prezidenti Arif Həşimovun sözlərinə görə, indi bütün səylər günəş batereyalarının faydalı iş əmsalının artırılmasına yönəlib. “Əgər yer kürəsinə düşən günəş enerjisnin 3 faizindən istifadə etmək, günəş batareyalarının faydalı iş əmsalını 30 faizə çatdırmaq mümkün olsa, onda bu, min milyard Kvt elektrik enerjisi almaq üçün kifayət edər. Bu isə indiki tələbatı tam ödəmək üçün kifayətdir. Nəzərdə tutulan layihələrdə sənaye obyektlərində yeni avadanlıqların quraşdırılması da nəzərdə tutulub”,-deyə Arif Həşimov bildirib.

Günəş enerjisinin üstünlüyü ondan ibarətdir ki, günəş qurğuları ilə işləyən zaman parnik effekti yaranmır, hava çirklənmir və istilik aşağı atmosfer qatlarına yayılmır. Yer səthinə düşən günəş enerjisinin miqdarı bütün neft qaz, kömür və digər yanacaq ehtiyatlarından çoxdur ki, bu da təkcə neft-qazın həddindən artıq istismarını aradan qaldırmaqla yanaşı, həm də ekoloji fəlakətlərin qarşısını ala bilər. Amma hələlik dövlətlər baha başa gəlir deyə, o qədər də həvəslə əllərini ciblərinə salmağa tələsmirlər. Amma nəzərə alsaq ki, Azərbaycan hər il 20 milyard kvaat.saat elektrik enerjisi istehsal etmək üçün 5 milyard kubmetr qaz və 800 min ton mazut işlədir, üstəlik son 10 ildə İstilik Elektrik Stansiyalarının tikintisi və təmirinə 2 milyard dollar xərclənib, onda ənənəvi enerji mənbələri alternativ mənbələrdən heç də ucuz görünmür.

www.anspress.com
Oxunub: 251 dəfə | Tarix: 25 Avqust 2010 | Kateqoriya: Xəbərlər
Sorğu
İnsan hüquqlarının qorunması üçün:

İnsan hüquqları ilə bağlı daima seminarlar və treninqlər keçirmək;
Ümumtəhsil proqramına yeni fənn əlavə etmək;
Körpəlikdən düzgün tərbiyə vermək;
İnsan hüquqları sahəsində çatışmamazlıqlar həmişə olacaq.


Baş Xəbərlər
Xəbərlər Arxivi
Fevral 2012 (6)
Yanvar 2012 (42)
Dekabr 2011 (9)
Noyabr 2011 (8)
Oktyabr 2011 (22)
Sentyabr 2011 (15)
Avqust 2011 (5)
Iyul 2011 (8)
Iyun 2011 (18)
May 2011 (26)
Aprel 2011 (33)
Mart 2011 (17)
Fevral 2011 (21)
Yanvar 2011 (16)
Dekabr 2010 (14)
Noyabr 2010 (11)
Oktyabr 2010 (20)
Sentyabr 2010 (17)
Avqust 2010 (14)
Iyul 2010 (10)
Iyun 2010 (33)
May 2010 (55)
Aprel 2010 (52)
Mart 2010 (35)
Fevral 2010 (54)
Yanvar 2010 (37)
Dekabr 2009 (27)
Noyabr 2009 (44)
Oktyabr 2009 (37)
Sentyabr 2009 (30)
Avqust 2009 (25)
Iyul 2009 (33)
Iyun 2009 (55)
May 2009 (24)
Mart 2009 (27)
Fevral 2009 (28)
Yanvar 2009 (10)
Noyabr 2008 (21)
Oktyabr 2008 (22)
Sentyabr 2008 (22)
Avqust 2008 (31)
Iyul 2008 (39)
Iyun 2008 (36)
May 2008 (49)
Aprel 2008 (56)
Mart 2008 (12)
E-mail: office@cpf.az