|
İyul ayında Azərbaycanda təbii qaz hasilatının həcmi artıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə avqustun 1-nə olan vəziyyətə görə ölkədə 15 milyard 435,1 milyon kubmetr qaz hasil edilib ki, bu da ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 11,2 faiz çoxdur. İyulda 2 milyard 286,6 milyon kubmetr qaz çıxarılıb, halbuki iyunda həmin göstərici 2,152 milyard kubmetrə bərabər idi. “Azəri-Çıraq-Günəşli” neft yataqları blokunu işlədən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti, “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsi üzrə tərəfdaşlar və digər özəl istehsalçılar yanvar-iyul aylarında 6,1 milyard kubmetr qaz hasil edib.
www.sonxeber.az
|