Ana səhifə
  Haqqımızda
  İşçi heyəti
  Layihələr
  Xəzər dənizi
  Xəbərlər
  Analitika
  Qarabağ
  Nəşrlər
  Linklər
  Qalereya
Təqvim
«    Fevral 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
 
Xəzəryanı ölkələr
  Azərbaycan
  İran
  Qazaxıstan
  Rusiya
  Türkmənistan
Əlaqə
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
Türkiyə Respublikasının Prezidenti Abdullah Gül Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb
Ali qonağı parlamentin binası önündə Milli Məclisin sədri Oqtay Əsədov, sədrin müavinləri və digər rəsmi şəxslər qarşıladılar, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sonra Milli Məclisin sədri Oqtay Əsədov və Türkiyə Prezidenti Abdullah Gül arasında görüş olmuşdur.

Parlamentin sədri Oqtay Əsədov dost və qardaş ölkənin dövlət başçısı Abdullah Gülün Azərbaycana rəsmi səfərə gəlməsindən məmnun qaldığını bildirmişdir. Milli Məclisin sədri demişdir ki, eyni dilə, dinə, mədəniyyətə, soykökə malik olan xalqlarımız arasında münasibətlər ən yüksək səviyyədədir. Bu cür səfərlər ikitərəfli əlaqələrimizi daha da möhkəmləndirir.

Ölkələrimiz arasında 148 mühüm sənəd imzalanmışdır. Bu gün isə strateji əməkdaşlığa dair yeni bir sənəd imzaladınız. Bu sənədlər bizim ikitərəfli əlaqələrimizin daha da möhkəmlənməsi və inkişaf etməsi üçün hüquqi baza yaratmışdır. Bu, eyni zamanda, Azərbaycan və Türkiyə parlamentlərarası dostluq qruplarının işinin daha da fəallaşmasına təkan verir. Azərbaycan və Türkiyə deputatları beynəlxalq təşkilatlar çərçivəsində də bir-birilərinə dəstək olurlar. Biz Strateji Əməkdaşlıq Şurasının yaradılması istiqamətində də işlərimizi davam etdiririk və düşünürəm ki, yaxın vaxtlarda məqsədimizə nail olacağıq. Türkdilli ölkələrin dövlət başçılarının Naxçıvanda keçirilmiş zirvə toplantısında qəbul olunmuş qərarlar buna geniş imkanlar yaradır. Ötən il yaratdığımız Türkdilli Ölkələrin Parlament Assambleyası da bu baxımdan mühüm əhəmiyyət kəsb edir və inanırıq ki, biz öz məqsədlərimizə çatacağıq.

Oqtay Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nümayiş etdirdiyi mövqeyə görə Türkiyə Prezidentinə bir daha minnətdarlıq etmiş və bildirmişdir ki, xalqımız bu mövqeyi yüksək qiymətləndirir.

Türkiyə Prezidenti Abdullah Gül Azərbaycana hər gəlişində müşahidə etdiyi dinamik inkişafdan, müsbət dəyişikliklərdən qürur duyduğunu bildirmişdir. O demişdir ki, ölkələrimiz arasındakı qardaşlıq sözdə deyil, əməldə öz təsdiqini tapmışdır. Mən bura gəlməmişdən əvvəl Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət etdim. Burada Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda canlarından keçmiş insanlar dəfn olunublar. Bu, o deməkdir ki, Azərbaycan-Türkiyə qardaşlığını şəhid qanları birləşdirir. Bu isə bir daha sübut edir ki, qardaşlığımız daimidir, əbədidir, ölməzdir.

Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını vurğulayan Abdullah Gül ölkələrimizin parlamentləri arasında əlaqələri yüksək qiymətləndirmişdir. Ali qonaq bildirmişdir ki, parlamentlərarası dostluq qruplarının, ayrı-ayrı komitələrin birgə toplantılarının təşkili yüksək fayda verə bilər.

Oqtay Əsədov dostluq qruplarının və komitələrin birgə toplantılarının keçirilməsi üçün proqram hazırlandığını və bu məsələnin tezliklə həllini tapacağını bildirmişdir.

Abdullah Gül onu da qeyd etmişdir ki, Türkiyə Azərbaycanın maraqlarına zidd addımlar atmayacaq və Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün səylərini əsirgəməyəcəkdir.

www.trend.az
Oxunub: 142 dəfə | Tarix: 17 Avqust 2010 | Kateqoriya: Xəbərlər
Sorğu
İnsan hüquqlarının qorunması üçün:

İnsan hüquqları ilə bağlı daima seminarlar və treninqlər keçirmək;
Ümumtəhsil proqramına yeni fənn əlavə etmək;
Körpəlikdən düzgün tərbiyə vermək;
İnsan hüquqları sahəsində çatışmamazlıqlar həmişə olacaq.


Baş Xəbərlər
Xəbərlər Arxivi
Fevral 2012 (6)
Yanvar 2012 (42)
Dekabr 2011 (9)
Noyabr 2011 (8)
Oktyabr 2011 (22)
Sentyabr 2011 (15)
Avqust 2011 (5)
Iyul 2011 (8)
Iyun 2011 (18)
May 2011 (26)
Aprel 2011 (33)
Mart 2011 (17)
Fevral 2011 (21)
Yanvar 2011 (16)
Dekabr 2010 (14)
Noyabr 2010 (11)
Oktyabr 2010 (20)
Sentyabr 2010 (17)
Avqust 2010 (14)
Iyul 2010 (10)
Iyun 2010 (33)
May 2010 (55)
Aprel 2010 (52)
Mart 2010 (35)
Fevral 2010 (54)
Yanvar 2010 (37)
Dekabr 2009 (27)
Noyabr 2009 (44)
Oktyabr 2009 (37)
Sentyabr 2009 (30)
Avqust 2009 (25)
Iyul 2009 (33)
Iyun 2009 (55)
May 2009 (24)
Mart 2009 (27)
Fevral 2009 (28)
Yanvar 2009 (10)
Noyabr 2008 (21)
Oktyabr 2008 (22)
Sentyabr 2008 (22)
Avqust 2008 (31)
Iyul 2008 (39)
Iyun 2008 (36)
May 2008 (49)
Aprel 2008 (56)
Mart 2008 (12)
E-mail: office@cpf.az