|
Bu gün Bakıda iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə birinci Azərbaycan - Suriya hökumətlərarası komissiyası öz işinə başlayıb. Azərbaycan tərəfdən komissiyanın həmsədri kənd təsərrüfatı naziri İsmət Abasov, Suriya tərəfdən isə neft və təbii sərvətlər naziri Sufyan əl-Alaodur.
Çərşənbə günü isə komissiyanın yekun işlərinə dair ticari-iqtisadi potensial, kənd təsərrüfatı, sənaye və energetika, alternativ və bərpa olunan enerji mənbələri, İT, təhsil, elm, səhiyyə, turizm, nəqliyyat sahələrini əhatə edən protokol imzalanacaq.
Qeyd edək ki, komissiyanın ikinci iclası Dəməşqdə təşkil olunacaq.
www.anspress.com
|