Ana səhifə
  Haqqımızda
  İşçi heyəti
  Layihələr
  Xəzər dənizi
  Xəbərlər
  Analitika
  Qarabağ
  Nəşrlər
  Linklər
  Qalereya
Təqvim
«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
Xəzəryanı ölkələr
  Azərbaycan
  İran
  Qazaxıstan
  Rusiya
  Türkmənistan
Əlaqə
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
Azərbaycanlı deputat AŞ PA-da yeni sənəd hazırlayıb
AŞ PA-nın yay sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov "Sovet siyasi repressiyaları insanlıq əleyhinə cinayət kimi" adlı yeni sənəd hazırlayıb. Bu barədə Trend-ə çərşənbə günü millət vəkili özü məlumat verib.

O qeyd edib ki, tövsiyə üçün təklif adlanan sənədə 30-a yaxın deputat imza atıb və Assambleyanın katibliyi sessiya günlərində onu nəşr etmək üçün qəbul edib.

Rafael Hüseynov bu mövzunun Avropa Şurası tərəfindən araşdırılması zəruriyyəti əvvəllər bir neçə dəfə Assambleya kürsüsündən səsləndirildiyini, lakin bununla bağlı konkret addım atılmadığını qeyd edib.

"Bu mövzunun Avropa Şurası tərəfindən araşdırılması zəruriyyəti əvvəllər bir neçə dəfə Assambleya kürsüsündən səsləndirilsə də konkret addım atılmamışdı. AŞ PA-da həmin problemlə bağlı əsas fikirlərdən biri bundan ibarətdir ki, sovet dövründə siyasi motivlərlə baş vermiş kütləvi həbs və sürgünlər yalnız keçmişin hadisəsi deyil, həmin faciənin detalları ilə tədqiq olunması tarixin mühüm dərslərindən biri kimi gələcək üçün də əhəmiyyət daşıyır"-millət vəkili əlavə edib.

Sənəddə göstərilir ki, Sovet rejiminin mövcud olduğu 74 illik müddətdə bu imperiyanın nəzarətindəki, ruslar da daxil olmaqla, bütün xalqlar ardıcıl və sistemli şəkildə qanlı repressiyalara məruz qalıb.

"1920, 1933-1938 və 1948-1949-cu illərdəki repressiyalar bütövlükdə SSRİ-nin İkinci dünya müharibəsindəki itkilərindən də böyük olmuş və 30 milyondan artıq insanın həyatına son qoymuşdur. Lakin müharibədən fərqli olaraq bu insanlar təsadüfi kütləviliklə və fərq qoyulmadan deyil, dövlət tərəfindən müəyyənləşdirilmiş xüsusi prinsiplər əsasında, fərdi qaydada ən yaxşıları seçmək şərti ilə məhv edilmişlər. Görkəmli elm, mədəniyyət, hərb, dövlət xadimlərinin müxtəlif nəsillərinin ardıcıl olaraq yox edilməsiylə onlarca xalqın genefondu ciddi şəkildə zədələnmiş, intellektual inkişafı deformasiyaya uğramışdır. Siyasi repressiyaları müşaiyət edən deportasiyalar həmin proseslərin fəsadlarını daha da artırmış, SSRİ-yə daxil bir sıra xalqların assimilyasiyasına, parçalanmasına, vətənsiz qalmasına, bu günə qədər də həmin faciələrin metastazlarından xilas ola bilməməsinə gətirib çıxarmışdır. Kommunist rejiminin mahiyyətilə bilavasitə bağlı olan sovet siyasi repressiyası qurbanlarının hamısına formal olaraq bəraət verilsə, günahsız yerə həbs olunduqları və güllələndikləri rəsmən etiraf edilsə də, indiyədək onların əksəriyyətinin aqibəti haqqında həqiqətlər ictimaiyyət üçün əlçatmazdır"-sənəddə qeyd olunur.

O qeyd edib ki, insanlıq əleyhinə törədilmiş ən ağır cinayətlər qismindən olan sovet siyasi repressiyalarına aid arxivlərin heç də hamısı indiyədək tam açılmamış, problem kompleks halda öyrənilməmiş, beynəlxalq səviyyədə siyasi qiymətini almamışdır.

"Bütün bunları nəzərə alaraq və əvvəllər qəbul edilmiş 1096 saylı (1996) "Keçmiş totalitar kommunist rejimlərinin mirasının aradan qaldırılması tədbirləri", 1481 saylı (2006) "Totalitar kommunist rejimlərin beynəlxalq səviyyədə ittiham edilməsi haqqında" qətnamələrin müddəlarını əsas götürərək Assambleya məsələnin hərtərəfli araşdırılması üçün ayrıca məruzəçinin təyin edilməsini məqsədəuyğun hesab edir"- millət vəkili bildirib.

Millət vəkili habelə qeyd edib ki, AŞPA-nın prosedur qaydalarına uyğun olaraq, bu sənədə əvvəlcə qurumun Bürosunda baxılacaq və onun sonrakı irəliləyişi haqqında qərar qəbul ediləcəkdir.

"Bu sənəd əvvəlcə Büroda müzakirə olunacaq. Növbəti mərhələdə isə müvafiq komitə mövzu üzrə məruzəçini təyin edir. Assambleyanın ənənəsinə görə, adətən məruzəni hazırlamaq tövsiyyə üçün təklifin müəllifinə həvalə edilir"- Hüseynov bildirib.

www.trend.az
Oxunub: 300 dəfə | Tarix: 23 Iyun 2010 | Kateqoriya: Xəbərlər
Sorğu
İnsan hüquqlarının qorunması üçün:

İnsan hüquqları ilə bağlı daima seminarlar və treninqlər keçirmək;
Ümumtəhsil proqramına yeni fənn əlavə etmək;
Körpəlikdən düzgün tərbiyə vermək;
İnsan hüquqları sahəsində çatışmamazlıqlar həmişə olacaq.


Baş Xəbərlər
Xəbərlər Arxivi
May 2012 (30)
Aprel 2012 (1)
Mart 2012 (33)
Fevral 2012 (44)
Yanvar 2012 (42)
Dekabr 2011 (9)
Noyabr 2011 (8)
Oktyabr 2011 (22)
Sentyabr 2011 (15)
Avqust 2011 (5)
Iyul 2011 (8)
Iyun 2011 (18)
May 2011 (26)
Aprel 2011 (33)
Mart 2011 (17)
Fevral 2011 (21)
Yanvar 2011 (16)
Dekabr 2010 (14)
Noyabr 2010 (11)
Oktyabr 2010 (20)
Sentyabr 2010 (17)
Avqust 2010 (14)
Iyul 2010 (10)
Iyun 2010 (33)
May 2010 (55)
Aprel 2010 (52)
Mart 2010 (35)
Fevral 2010 (54)
Yanvar 2010 (37)
Dekabr 2009 (27)
Noyabr 2009 (44)
Oktyabr 2009 (37)
Sentyabr 2009 (30)
Avqust 2009 (25)
Iyul 2009 (33)
Iyun 2009 (55)
May 2009 (24)
Mart 2009 (27)
Fevral 2009 (28)
Yanvar 2009 (10)
Noyabr 2008 (21)
Oktyabr 2008 (22)
Sentyabr 2008 (22)
Avqust 2008 (31)
Iyul 2008 (39)
Iyun 2008 (36)
May 2008 (49)
Aprel 2008 (56)
Mart 2008 (12)
E-mail: office@cpf.az