|
Gələn həftə BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında YUNİSEF-in İcra Şurasının illik sessiyası keçiriləcək. Milli.Az xəbər portalı BMT-nin saytında yerləşdirilmiş məlumata istinadən xəbər verir ki, sessiyada Azərbaycan, Belarus, Gürcüstan, Serbiya və Türkiyə üçün proqramlar müzakirə ediləcək. Bundan başqa, İcra Şurası YUNİSEF-in Albaniya, Qırğızıstan, Rusiya və Ukrayna üçün mövcud proqramlarının bir il müdətinə uzadılması məsələsinə də baxacaq.
Sessiyada dövlət və regional proqramlar üzrə ümumilikdə 13 sənəd layihəsi nəzərdən keçiriləcək. Sənədlər İcra Şurasının müzakirəsinə ona görə çıxarılır ki, qurumun üzvləri onlarla bağlı iradlarını bildirsinlər və maliyyələşdirilməsinə razılıq versinlər.
YUNİSEF-in İcra Şurası üç il müddətinə bərabər coğrafi nümayəndəlik prinsipi əsasında seçilmiş 36 üzvdən ibarətdir. Qurum təşkilatın strateji fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə məsuldur.
www.milli.az
|