|
Qazaxıstan və Türkiyə prezidentləri Nursultan Nazarbayev və Abdullah Gül Astanada “KADEX-2010” (Kazakhstan Defence Expo) - 1-ci beynəlxalq hərbi texnika sərgisinin açılışında iştirak ediblər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, sərgidə Azərbaycan da iştirak edir.
Qeyd edək ki, sərgidə Azərbaycanla yanaşı dünyanın 20 ölkəsindən 200-dən artıq şirkət silah-sursat və hərbi texnika, İT-texnologiyaları və rabitə, tikinti və infrastruktur, həmçinin hərbi tibb sahəsində nailiyyətlərini təqdim ediblər.
26-27 may tarixlərində sərgi yalnız rəsmi nümayəndə heyətləri və mütəxəssislər üçün, 28-29 may tarixlərində isə bütün arzu edənlər üçün açıq olacaq. Sərgi gələcəkdə iki ildə bir dəfə keçiriləcək.
www.anspress.com
|