Ana səhifə
  Haqqımızda
  İşçi heyəti
  Layihələr
  Xəzər dənizi
  Xəbərlər
  Analitika
  Qarabağ
  Nəşrlər
  Linklər
  Qalereya
Təqvim
«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
Xəzəryanı ölkələr
  Azərbaycan
  İran
  Qazaxıstan
  Rusiya
  Türkmənistan
Əlaqə
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
Bakıda Beynəlxalq Qida Sənayesi Sərgisi keçiriləcək
“Iteca Caspian LLC” və “ITE Group PLC” şirkətləri sərginin təşkilatçıları qismində çıxış edirlər. Sərginin keçirilməsinə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstək verilir. Ümumilikdə, 2010-cu ildə keçiriləcək sərgilərdə “Paşa Sığorta”, “Azerfon–Vodafone”, “Caspel”, “Qafqaz Point Hotel”, “SIAR” və “KREA” kimi şirkətlər tərəfdaş qismində çıxış edəcəklər. Sözügedən sərgi UFI – Beynəlxalq Sərgi Cəmiyyəti (Ümumdünya Sərgi Sənayesi Assosiasiyası) tərəfindən yüksək qiymətə layiq görülüb.

Bu il “WorldFood Azerbaijan” sərgisində Azərbaycan, Belarus, Bolqarıstan, Macarıstan, İran, BƏƏ, Pakistan, Rusiya, ABŞ, Türkiyə, Ukrayna və digər ölkələrdən olan 120-dən çox şirkətin iştirak edəcəyi gözlənilir. Sərgi iştirakçılarının 30 faizini debütantlar təşkil edəcək. “WorldFood Azerbaijan 2010” sərgisi bir neçə tematik ekspozisiyalara bölünərək qida sənayesinin demək olar ki, bütün istiqamətlərini əhatə edir. “WorldFood Drink” bölümündə geniş çeşiddə içkilər, “SeaFood” bölümündə isə dəniz məhsulları, onların saxlanılması və daşınması ilə əlaqədar olan bütün növ xidmətlər təqdim olunacaq. “FoodPack” bölümünün stendlərində isə geniş çeşiddə Azərbaycan, Türkiyə, Rusiya və digər ölkələrin istehsalı olan qablaşdırma avadanlıqları təqdim olunacaq. “WorldFoodTech” bölümündə qida sənayesinin müxtəlif istiqamətləri, o cümlədən supermarketlər, laboratoriya analizləri üçün avadanlıqlar nümayiş etdiriləcək. Qeyd etmək lazımdır ki, bu il istehsalın ilkin mərhələsi üçün nəzərdə tutulmuş mini zavodlar kimi ilkin istehsal avadanlıqlarına həsr edilmiş ekspozisiyaların sayı çox olacaq. Sərgidə ət və quş məhsulları, konservləşdirilmiş məhsullar, süd məhsulları, dondurma, baqqaliyyə malları, meyvə və tərəvəzlər, uşaq və pəhriz qidaları, tütün məmulatları və digər ənənəvi bölmələr təqdim olunacaq.

Bu il Qafqaz regionunda ilk dəfə olaraq “WorldFood Azerbaijan” sərgisi çərçivəsində Azərbaycan və digər ölkələrin “halal” ərzaq məhsulları istehsalçılarını bir araya gətirəcək “HalalFood Azerbaijan” sərgisi keçiriləcək. Bu gün qida sənayesinin bu sektoru ən sürətlə inkişaf edən sektorlardan biridir və 2008-ci ilin statistik göstəricilərinə əsasən, bütün dünyada halal ərzaq məhsulları bazarı 580 milyard ABŞ dolları təşkil edib.

Qlobal iqtisad böhran və artıq bir neçə ildir ki, ərzaq məhsulları ilə bağlı müşahidə olunan bahalıq tendensiyasının mövcud olduğu bir şəraitdə, Azərbaycan hökuməti qida və aqrar sənayelərində istehsalın bundan sonra da yüksəldilməsi üzrə kompleks tədbirlərin həyata keçirilməsini öz qarşısına məqsəd qoymuşdur. Bu baxımdan, “WorldFood Azerbaijan” sərgisi ilk növbədə ərzaq məhsulları bazarının inkişaf tendensiyalarını daim izləyən sənaye mütəxəssisləri üçün nəzərdə tutulub. Bununla da, istehsal və ticarət şirkətləri sərgidə iştirak etməklə faydalı işgüzar əlaqələr qurmaq və qida məhsullarının çeşidini artırmaq imkanına malik olacaqlar. Bu isə nəticə etibarı ilə bazarda məhsul bolluğu və Azərbaycanda qida məhsullarına olan tələbatın sabitləşməsinə gətirib çıxaracaq.

www.milli.az
Oxunub: 156 dəfə | Tarix: 21 Aprel 2010 | Kateqoriya: Xəbərlər
Sorğu
İnsan hüquqlarının qorunması üçün:

İnsan hüquqları ilə bağlı daima seminarlar və treninqlər keçirmək;
Ümumtəhsil proqramına yeni fənn əlavə etmək;
Körpəlikdən düzgün tərbiyə vermək;
İnsan hüquqları sahəsində çatışmamazlıqlar həmişə olacaq.


Baş Xəbərlər
Xəbərlər Arxivi
May 2012 (30)
Aprel 2012 (1)
Mart 2012 (33)
Fevral 2012 (44)
Yanvar 2012 (42)
Dekabr 2011 (9)
Noyabr 2011 (8)
Oktyabr 2011 (22)
Sentyabr 2011 (15)
Avqust 2011 (5)
Iyul 2011 (8)
Iyun 2011 (18)
May 2011 (26)
Aprel 2011 (33)
Mart 2011 (17)
Fevral 2011 (21)
Yanvar 2011 (16)
Dekabr 2010 (14)
Noyabr 2010 (11)
Oktyabr 2010 (20)
Sentyabr 2010 (17)
Avqust 2010 (14)
Iyul 2010 (10)
Iyun 2010 (33)
May 2010 (55)
Aprel 2010 (52)
Mart 2010 (35)
Fevral 2010 (54)
Yanvar 2010 (37)
Dekabr 2009 (27)
Noyabr 2009 (44)
Oktyabr 2009 (37)
Sentyabr 2009 (30)
Avqust 2009 (25)
Iyul 2009 (33)
Iyun 2009 (55)
May 2009 (24)
Mart 2009 (27)
Fevral 2009 (28)
Yanvar 2009 (10)
Noyabr 2008 (21)
Oktyabr 2008 (22)
Sentyabr 2008 (22)
Avqust 2008 (31)
Iyul 2008 (39)
Iyun 2008 (36)
May 2008 (49)
Aprel 2008 (56)
Mart 2008 (12)
E-mail: office@cpf.az