Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
Niderlandda yaşayan azərbaycanlılar etiraz aksiyası keçirəcək
Çərşənbə axşamı Niderlandın Den Haaq şəhərində parlament binasının önündə bu ölkədə yaşayan Azərbaycanılılar etiraz aksiyası keçirəcəklər. Bu barədə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatında deyilir.
"Qondarma soyqırım" şüarları ilə keçiriləcək erməni aksiyası ilə paralel olaraq həmkarlarımızın keçirəcəyi aksiyada məqsəd ermənilərin dünyaya yalan söylədiyini, tarixdə "erməni soyqırımı"nın olmadığını, əslində ermənilərin Azərbaycan və türk xalqlarına qarşı soyqırım törətdiyini Niderland ictimaiyyətinə çatdırmaqdır.
Aksiya iştirakçıları ermənilərin Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi və Xocalı soyqırımı haqqında bəyanatlar oxuyacaq, şüarlar səsləndirəcəklər.
www.trend.az
Oxunub: 155 dəfə | Tarix: 21 Aprel 2010 | Kateqoriya: Xəbərlər