Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
Romada Azərbaycan və İtaliya arasında əməkdaşlıq məsələləri müzakirə ediləcək
Azərbaycan Millli Məclisinin spikeri Oqtay Əsədov mayın əvvəlində İtaliyaya rəsmi səfər edəcək. Səfər mayın 4-də İtaliya Respublikası Deputatlar Palatasının sədri Janfranko Finninin dəvəti ilə baş tutacaq. Bu barədə Azərbaycanın İtaliyadakı səfiri Emil Kərimov bildirib.
Səfirin sözlərinə əsasən, səfər çərçivəsində Oqtay Əsədovun Janfranko Finni, Senatın vitse-spikeri Vaninno Kitti və ayrı-ayrı senatorlarla görüşü planlaşdırılır.
Danışıqların diqqət mərkəzində İtaliya tərəfi ilə parlamentlərarası münasibətlərin inkişafı, regional və beynəlxalq əməkdaşlıq məsələləri olacaq.
www.trend.az
Oxunub: 182 dəfə | Tarix: 21 Aprel 2010 | Kateqoriya: Xəbərlər