|
Məlumata görə, “Sülh məqsədli nüvə hamı üçün, atom silahı heç kim üçün” adı altında keçirilən beynəlxalq konfransda 70-ə yaxın ölkədən, o cümlədən Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan, Çin, Yaponiya və digər ölkələrin nümayəndələri iştirak edir. Konfransda 15-dən çox ölkənin jurnalistləri də qatılıb.
Konfransın əsas təşkilatçısı olan İranın xarici işlər naziri Mənuçöhr Mottəkinin çıxışından sonra İran prezidenti Mahmud Əhmədinejad çıxış edəcək. Konfransın əsas mövzusu və əhəmiyyəti dünyada sülhü təhdid edən çağırışlara qarşı durmaq əzmi ilə əlaqədardır. Həmçinin nüvə silahı və digər kütləvi qırğın silahları üzrə tərksilah keçirilməsi sahəsində mövcud olan problemlərin araşdırılması, nüvə silahlarının haram və qadağan elan edilməsi, nüvə silahı barədə dini baxışların araşdırılması da bu konfransda müzakirə olunacaq məsələlərdəndir.
www.apa.az
|