|
May ayının 5-7-də İstanbulda (Türkiyə ) Mərmərə Qrupu Fondunun təşkilatçılığı ilə XIII Avrasiya İqtisadi Sammiti keçiriləcək. Türkiyə KİV-nə istinadən verilən məlumata görə, bunu Mərmərə Qrupunun rəhbəri Akkan Suver bildirib.
A.Suverin sözlərinə görə, tədbirə iki dövlətdən prezident, bir baş nazir, üç baş nazir müavini, 19 nazir, 32 beynəlxalq təşkilat və 40 ölkədən nümayəndələr qatılacaq. Tədbirdə dünya böhranından çıxma yolları araşdırılacaq.
A.Suver tədbirdə Albaniyanın prezidenti Bamir Topi və Makedoniyanın prezidenti George İvanovun, Azərbaycandan isə prezident administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun qatılacağını açıqlayıb.
www.apa.az
|