Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
Gürcüstan Azərbaycanlıları Gənclər Təşkilatı 1989-cu il aprel hadisələrində həlak olanların xatirəsini yad edib
Gürcüstan Azərbaycanlıları Gənclər Təşkilatının nümayəndələri bu gün Tbilisidə 1989-cu il aprelin 9-da ölkədə baş vermiş faciəvi hadisələr zamanı həlak olanların abidəsi önünə əklil qoyublar. Gürcüstanda təhsil alan təxminən 60 azərbaycanlı tələbə Gürcüstanın azadlığı uğrunda həlak olanların xatirəsini yad ediblər.
Gürcüstanda 9 aprel - Müstəqilliyin Bərpası Günü, ağır texnika və ağır gözyaşardıcı qazdan istifadə edərək minlərlə əhalinin iştirak etdiyi mitinqin dağıdılması - 1989-cu il hadisələrinin 21-ci ildönümü qeyd olunur.
Ənənə üzrə bu gün tbilisililər parlament binasına aparan pilləkanları zanbaqlarla bəzəyiblər. Paytaxt sakinləri gecədən faciənin baş verdiyi yerlərdə toplaşırlar.
Gürcüstan Azərbaycanlıları Gənclər Təşkilatı 2009-cu ildə yaradılıb, əvvəlcə təşkilat təşəbbüskar qrup kimi fəaliyyət göstərib. Təşkilatın əsas məqsədi azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiyasıdır. Gürcüstan Azərbaycanlıları Gənclər Təşkilatının sədri Samir İsmayılov da tədbirdə iştirak edib.
www.trend.az
Oxunub: 255 dəfə | Tarix: 10 Aprel 2010 | Kateqoriya: Xəbərlər