Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
NATO ekspertləri Bakıda müzakirələr aparacaq
Bakıda NATO-nun ekspertlərdən ibarət qrupu ilə İPAP üzrə müzakirələrin aparılması nəzərdə tutulur. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu məqsədlə Şimali Atlantika Alyansının ekspertlərdən ibarət nümayəndə heyəti aprelin 19-da Azərbaycana səfər edəcək. Səfər 20 aprel tarixinədək davam edəcək.
Müdafiə Nazirliyinin məlumatına görə, 12-16 aprel tarixlərində Almaniyanın Oberammerqau şəhərində Azərbaycan hərbçilərinin də iştirak edəcəyi NATO Qərargah zabitləri üçün tanışlıq kursu keçiriləcək. Eyni zamanda aprelin 19-29 tarixlərində Belçikanın Brüssel və Mons şəhərlərində tərəfdaş ölkələrin qərargah zabitləri üçün NATO ilə tanışlıq kursu da təşkil olunacaq.
www.anspress.com
Oxunub: 187 dəfə | Tarix: 9 Aprel 2010 | Kateqoriya: Xəbərlər