Ana səhifə
  Haqqımızda
  İşçi heyəti
  Layihələr
  Xəzər dənizi
  Xəbərlər
  Analitika
  Qarabağ
  Nəşrlər
  Linklər
  Qalereya
Təqvim
«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
Xəzəryanı ölkələr
  Azərbaycan
  İran
  Qazaxıstan
  Rusiya
  Türkmənistan
Əlaqə
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
Cənubi Qafqazda yeni proqramın icrasına başlanılacaq
Bu gündən Avropa İttifaqı Cənubi Qafqaz ölkələrində “İnteqrasiya olunmuş sərhədlərin idarə olunması” adlı yeni proqramın icrasına başlayır. Gürcüstanın paytaxtı Tiflis şəhərində təqdimatı keçirilən layihə BMT-nin inkişaf proqramı çərçivəsində reallaşacaq. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və 2,5 il davam edəcək proqrama 6.3 milyon avro vəsait sərf olunacaq. Əsas məqsəd isə Cənubi Qafqaz ölkələrində təhlükəsiz açıq sərhəd sisteminin təşkilinə dəstək vermək və bunun üçün hər üç ölkə arasında əməkdaşlığın inkişafına çalışmaqdır.

“Bu proqram içərisində bir neçə komponentlər nəzərdə tutulur. Bunlardan birincisi texniki yardımların edilməsi, sərhəd xidmətinin təşkilində lazımı məsləhətlərin verilməsi və sərhəd xidmətinin daha yaxşı təşkili üçün müxtəlif təlimlərin keçirilməsidir. Burada əsas komponentlərdən biri də sınaq layihələr həyata keçirilməsindən ibarətdir”, - deyə Avropa İttifaqı Gürcüstan nümayəndəliyinin təmsilçisi Martin Kluçke bildirib.

Amma Avropa İttifaqının təmsilçisi Ermənistanın işğalçılıq siyasətinə görə Azərbaycanla Ermənistanın müharibə şəraitində olmasını diqqətə çatdırıb və bu səbəbdən də hələlik hər iki ölkənin sərhədlərinin idarə olunmasında əməkdaşlığın yalnız informasiya mübadiləsi səviyyəsində aparılcağına ümid bəsləndiyini deyib: “Biz bilirik ki, Azərbaycanla Ermənistan arasında sərhədlər açıq deyil. Ona görə də, birgə əməkdaşlıq hələ ki, mümkün olmayacaq. Bununla belə hər iki ölkə arasında informasiya mübadiləsini təşkil etmək olar və Avropa İttifaqının təcrübəsi və standartlarını burada aşılamaq mümkündür. Bizim Avropa İttifaqı qonşuluq siyasəti çərçivəsində bu ölkələrlə əməkdaşlıq etmək barədə öhdəliyimiz var və ümid edirik ki, bir gün Azərbaycan və Ermənistan arasında da sərhədlər açılacaq, bu təcrübədən hər iki ölkə yararlana biləcək”.

Təşkilatçıların verdiyi məlumata görə, təqdimat mərasimində Gürcüstan və Ermənistandan nümayəndələr iştirak etsə də, texniki səbəblərdən Azərbaycan tərəfi tədbirdə təmsil olunmayıb.

www.anspress.com
Oxunub: 342 dəfə | Tarix: 30 Mart 2010 | Kateqoriya: Xəbərlər
Sorğu
İnsan hüquqlarının qorunması üçün:

İnsan hüquqları ilə bağlı daima seminarlar və treninqlər keçirmək;
Ümumtəhsil proqramına yeni fənn əlavə etmək;
Körpəlikdən düzgün tərbiyə vermək;
İnsan hüquqları sahəsində çatışmamazlıqlar həmişə olacaq.


Baş Xəbərlər
Xəbərlər Arxivi
May 2012 (30)
Aprel 2012 (1)
Mart 2012 (33)
Fevral 2012 (44)
Yanvar 2012 (42)
Dekabr 2011 (9)
Noyabr 2011 (8)
Oktyabr 2011 (22)
Sentyabr 2011 (15)
Avqust 2011 (5)
Iyul 2011 (8)
Iyun 2011 (18)
May 2011 (26)
Aprel 2011 (33)
Mart 2011 (17)
Fevral 2011 (21)
Yanvar 2011 (16)
Dekabr 2010 (14)
Noyabr 2010 (11)
Oktyabr 2010 (20)
Sentyabr 2010 (17)
Avqust 2010 (14)
Iyul 2010 (10)
Iyun 2010 (33)
May 2010 (55)
Aprel 2010 (52)
Mart 2010 (35)
Fevral 2010 (54)
Yanvar 2010 (37)
Dekabr 2009 (27)
Noyabr 2009 (44)
Oktyabr 2009 (37)
Sentyabr 2009 (30)
Avqust 2009 (25)
Iyul 2009 (33)
Iyun 2009 (55)
May 2009 (24)
Mart 2009 (27)
Fevral 2009 (28)
Yanvar 2009 (10)
Noyabr 2008 (21)
Oktyabr 2008 (22)
Sentyabr 2008 (22)
Avqust 2008 (31)
Iyul 2008 (39)
Iyun 2008 (36)
May 2008 (49)
Aprel 2008 (56)
Mart 2008 (12)
E-mail: office@cpf.az