Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
"Nabukko"ya 2011-ci ildə start veriləcək
"Nabukko" qaz kəmərinin cənub qolunun tikintisinə 2011-ci ildə start veriləcək. Belə bir bəyanatla “Nabucco Gas Pipeline İnternational” şirkətinin icraedici direktoru Raynhard Miçek Ankarada keçirilən mətbuat konfransında çıxış edib.
“Cari ildə layihə ciddi inkişaf tempi götürəcək: mühəndis-texniki işlərinə hazırlıq başlayacaq, layihənin maliyyələşdirilməsi və kəmərin qazla doldurulması ilə bağlı addımlar atılacaq. Artıq 2011-ci ildən qaz kəmərinin cənub qolunun tikintisinə başlanılacaq”,- deyə Miçek bildirib.
Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız isə bildirib ki, "Nabukko" strateji və siyasi cəhətdən dəstəklənən kommersiya layihəsidir. "Şirkətin mərkəzi ofisinin Türkiyədə təsis edilməsi fikirləri səsləndi. Müvafiq görüşlər davam etdiriləcək”, - deyə türkiyəli nazir bildirib.
www.anspress.com
Oxunub: 295 dəfə | Tarix: 19 Mart 2010 | Kateqoriya: Xəbərlər