Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
ARDNŞ və “KazMunayQaz”ın müştərək işçi qrupunun görüşü keçirilib
Bakıda Qazaxıstanla Azərbaycan arasında Transxəzər Neft Nəql Sisteminin (TXS) yaradılması layihəsi çərçivəsində 16-18 mart tarixlərində Dövlət Neft Şirkəti (ARDNŞ) və KazMunayQaz tərəfindən yaradılmış müştərək işçi qrupunun növbəti görüşü keçirilib. ARDNŞ-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüşdə Qazaxıstanın “Kaşaqan” və “Tengiz” neft yataqlarında işləyən xarici neft şirkətlərinin nümayəndələri də iştirak edib.
Toplantıda TXS-nın yaradılması ilə bağlı əhəmiyyət kəsb edən geniş spektrli məsələlər, o cümlədən, sistemin texniki layihələndirilməsi və müvafiq işlərin icrası qrafiki nəzərdən keçirilib. ARDNŞ və KazMunayQaz nümayəndələri həmçinin Transxəzər Neft Nəql Sistemi layihəsinin kommersiya və hüquqi aspektləri ətrafında da fikir mübadiləsi aparıblar.
www.anspress.com
Oxunub: 169 dəfə | Tarix: 19 Mart 2010 | Kateqoriya: Xəbərlər