Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
ARDNŞ "Bank of Georgia" ilə memorandum imzalayıb
Bu gün Gürcüstanın aparıcı bankı – “Bank of Georgia” SC və “SOCAR Energy Georgia” MMC arasında memorandum imzalanıb. Dövlət Neft Şirkətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, memoranduma əsasən, Gürcüstan bankı və “SOCAR Energy Georgia” MMC-nin törəmə şirkəti olan “SOCAR Georgia Gas” birgə layihə həyata keçirəcək.
Həmin layihəyə əsasən, “Bank of Georgia” “SOCAR Georgia Gas” MMC-nin fəaliyyət göstərdiyi bölgələrdə təbii qazın çəkilməsi və sayğac quraşdırılması üçün kredit götürmək istəyən fiziki şəxsləri maliyyələşdirəcək. Bankın ayıracağı 12 aylıq kreditin dəyəri 500 lariyə qədər nəzərdə tutulub. Göstərilən layihə həmçinin tərəflər arasında müqavilənin imzalanmasını nəzərdə tutur ki, bu da “SOCAR Georgia Gas” MMC-nin istehlakçılarına istifadə olunmuş qazın dəyərini Gürcüstan Bankında ödəmək imkanı yaradacaq.
Qeyd edək ki, 2008-ci ildə Gürcüstan İqtisadi İnkişaf Nazirliyinin elan etdiyi tenderdə qalib gəlmiş “SOCAR Georgia Gas” MMC Gürcüstanın 30 şəhər və rayonunda qaztənzimləyici şəbəkənin quraşdırılması istiqamətində fəaliyyət göstərir. ARDNŞ-in bu törəmə müəssisəsi 3 illik investisiya proqramı əsasında qonşu ölkənin müxtəlif regionlarında 150 000 istifadəçiyə ümumi şəbəkəyə qoşulmaq və "mavi yanacaq"dan istifadə etmək imkan verəcək.
www.anspress.com
Oxunub: 221 dəfə | Tarix: 17 Mart 2010 | Kateqoriya: Xəbərlər