|
Grescent Beach otelində Insan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu Azərbaycan Respublikası Prezidenti yanında Starateji Araşdırmalar Mərkəzi ilə birlikdə “Demokratik cəmiyyətdə media: beynəlxalq və milli təcrübə” adlı beynəlxalq konfrans keçirib. Konfransda AŞ PA, ATƏT PA, Avropa Parlamentinin deputatları, ABŞ, MDB və Avropadan ekspertlər, beynəlxalq jurnalist təşkilatları, Azərbaycanda akkreditə olunmuş beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, dövlət qurumlarının nümayəndələri, KİV nümayəndələri iştirak ediblər. Konfransda mətbuatın durumu, söz azadlığı, problemlər və onların həlli, eyni zamanda milli və beynəlxalq təcrübə müzakirə olunub.
www.acviya.az
|