Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
Xəzərin təhlükəsizlik məsələləri müzakirə ediləcək
Martın 11-12-də "Sərhəd, gömrük xidmətləri və daxili işlər orqanlarının xətti ilə Xəzər dənizində təhlükəsizliyin təmin edilməsi sahəsində qarşılıqlı fəaliyyət haqqında" saziş layihəsi müzakirə ediləcək. Bu məqsədlə Bakı şəhərində Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində və həmin dövlətlərin aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələrinin iştirakı ilə növbəti iclas keçiriləcək.
İclas "Avropa" mehmanxanasında baş tutacaq. İclasda xarici işlər naziri Elmar Məmmədyarov çıxış edəcək. Mart ayının 12-də isə burada mətbuat nümayəndələri üçün birgə mətbuat konfransının keçirilməsi planlaşdırılır.
www.anspress.az
Oxunub: 205 dəfə | Tarix: 10 Mart 2010 | Kateqoriya: Xəbərlər