Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
Bu gün Polşanın baş naziri Azərbaycana gəlir
Polşanın baş naziri Donald Tusk bu gün Azərbaycana rəsmi səfər edəcək. Polşanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, birgünlük səfər zamanı qarşılıqlı regional fəaliyyət və ikitərəfli zəruri məsələlərin müzakirəsi planlaşdırılır. Gündəlikdə Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində iki ölkə arasında əməkdaşlıq məsələləri də yer alır. Baş nazirin Azərbaycana səfərinin Cənubi Qafqaz ölkələri üzrə regional turne çərçivəsində baş tutması gözlənilir. Gürcüstanın xarici işlər nazirinin müavini Nino Kalandadzenin verdiyi məlumata görə isə, o, ilk olaraq Gürcüstana səfər edəcək. Nino Kalandadze bildirib ki, Tusk regiona səfər çərçivəsində Tiflisdən sonra İrəvana, oradan isə Bakıya gələcək.
www.anspress.com
Oxunub: 158 dəfə | Tarix: 9 Mart 2010 | Kateqoriya: Xəbərlər