Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
ATƏT Parlament Assambleyasının prezidentinin Cənubi Qafqaz respublikalarına səfəri başlayır
Bu gün ATƏT Parlament Assambleyasının prezidenti Joao Soareş Cənubi Qafqaz respublikalarına səfəri başlayır. ATƏT Parlament Assambleyasının Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarkerin də daxil olduğu nümayəndə heyəti bu gün Gürcüstanda olacaq. Sonra isə Ermənistana səfər edəcək. ATƏT rəsmiləri martın 13-də ölkəmizə gələcəklər. Bakıda keçiriləcək görüşlərdə Azərbaycanın bu qurumdakı fəaliyyəti regiondakı münaqişələr və digər məsələlər müzakirə olunacaq. ATƏT Parlament Assambleyası prezidentinin səfəri martın 16-da başa çatacaq.
www.lidertv.com
Oxunub: 174 dəfə | Tarix: 9 Mart 2010 | Kateqoriya: Xəbərlər