Ana səhifə
  Haqqımızda
  İşçi heyəti
  Layihələr
  Xəzər dənizi
  Xəbərlər
  Analitika
  Qarabağ
  Nəşrlər
  Linklər
  Qalereya
Təqvim
«    Fevral 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
 
Xəzəryanı ölkələr
  Azərbaycan
  İran
  Qazaxıstan
  Rusiya
  Türkmənistan
Əlaqə
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
ABŞ-ın qəbul etdiyi qərar Bakıda səssiz-sədasız ötüşməyib
ABŞ-ın Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsin qondarma erməni soyqırımı ilə bağlı qəbul etdiyi qərar gözlənildiyi kimi Azərbaycanda da səssiz-sədasız ötüşməyib. Bu addımı təkcə Ankara deyil, həm də Bakıya təzyiq kimi qiymətləndirən rəsmi Bakı qərarı qəti şəkildə pisləyib, səhv və ədalətsiz adlandırıb.
Qondarma erməni soyqırımına dair qərar layihəsinin Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qəbulu Azərbaycanın siyasi dairələrində də etirazla qarşılanıb. Milli Məclisin Azərbaycan-Amerika Dostluq Qrupunun və digər komitələrin üzvləri bunu Ermənistan-Türkiyə protokollarının imzalanmasında rəsmi Ankaraya təzyiq kimi dəyərləndirirlər.
“Bir dövlət ki öz bayrağında sülh, əmin-amanlıq, təhlükəsizlik, demokratiya sözünü yazıb. Onların bu münasibəti bizim tərəfimizdən qəbul edilməzdi. Sözsüz ki, Azərbaycan tərəfi də öz mövqeyini bildirəcək, öz sözünü deyəcək. İnanıram ki, bizim bu məsələyə münasibətimiz öz təsirini göstərəcək”,- deyə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova söyləyib.
Millət vəkili Əli Məsimli Konqresin müvafiq qərarının ABŞ-a heç nə vermədiyini bildirib. Əksinə ABŞ-ın Türkiyə, Azərbaycan və digər türk dövlətləri ilə münasibətlərinə böyük zərbə olacaq. Bu məsələ həddindən artıq süni xarakter daşıyır.
Rəsmi Bakı da Birləşmiş Ştatların Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qondarma erməni soyqırımı ilə bağlı sənədin qəbulunu yolverilməz sayır. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun sözlərinə görə, bu qərar Birləşmiş Ştatların maraqlarına və beynəlxalq imicinə xələl gətirəcək. “Azərbaycanın bütün hakimiyyət dairələri bu məsələyə bu gün münasibət bildirib və ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqlər Komitəsinin qəbul etdiyi bu qərarı ədalətsiz və səhv addım kimi dəyərləndirirəm. Bu gün bir ölkəni təmsil edən parlament üzvlərinin, konqresmenlərin bu məsələyə birtərəfli qiymət verməsi müasir dünyada heç bir ədalətə söykənmir. Hesab edirik ki, bu tarixçilərin, tədqiqatçıların işidir. ABŞ-da bu məsələnin gündəmə gətirilməsi erməni lobbisinin təhriki ilə həyata keçirildiyi bəllidir”,-deyə Əli Həsənov bildirib.
Əli Həsənovun fikrincə, Dağlıq Qarabağ məsələsi ilə Türkiyə-Ermənistan yaxınlaşması paralel olduğundan Birləşmiş Ştatların bu addımı Vaşinqtonla Bakı arasındakı münasibətlərə də təsir edə bilər. “ABŞ təkcə bu gün Minsk Qrupunun həmsədri kimi deyil, eyni zamanda BMT-nin Təhlükəsizlik Şurasının əsas üzvlərindən biri kimi dünya siyasətinin tənzimlənməsində, formalaşmasında bilavasitə iştirak edir. BMT-nin Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi barədə 4 qətnaməsi var. Əgər sözün əsl mənasında Fransa, Rusiya kimi həmsədrlər, o cümlədən BMT-nin üzvləri vaxtında bu məsələyə prinsipial münasibət sərgiləsəydi və Ermənistanı beynəlxalq hüquqa tabe etdirsəydilər bu hadisələr də baş verməzdi”,-deyə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
Prezident Administrasiyasının rəsmisinin sözlərinə görə, Birləşmiş Ştatların xarici siyasəti heç də hər zaman beynəlxalq hüquqa və ədalətə söykənmir. "Bu siyasətin formalaşmasında ayrı-ayrı lobbi təşkilatları və qurumları iştirak edir. Bu isə öz növbəsində Amerikanın maraqlarına cavab verməməklə yanaşı, onun dost və tərəfdaşları ilə münasibətlərinə zərbə vurur”,-deyə Əli Həsənov qeyd edib.

www.anspress.com
Oxunub: 172 dəfə | Tarix: 6 Mart 2010 | Kateqoriya: Xəbərlər
Sorğu
İnsan hüquqlarının qorunması üçün:

İnsan hüquqları ilə bağlı daima seminarlar və treninqlər keçirmək;
Ümumtəhsil proqramına yeni fənn əlavə etmək;
Körpəlikdən düzgün tərbiyə vermək;
İnsan hüquqları sahəsində çatışmamazlıqlar həmişə olacaq.


Baş Xəbərlər
Xəbərlər Arxivi
Fevral 2012 (6)
Yanvar 2012 (42)
Dekabr 2011 (9)
Noyabr 2011 (8)
Oktyabr 2011 (22)
Sentyabr 2011 (15)
Avqust 2011 (5)
Iyul 2011 (8)
Iyun 2011 (18)
May 2011 (26)
Aprel 2011 (33)
Mart 2011 (17)
Fevral 2011 (21)
Yanvar 2011 (16)
Dekabr 2010 (14)
Noyabr 2010 (11)
Oktyabr 2010 (20)
Sentyabr 2010 (17)
Avqust 2010 (14)
Iyul 2010 (10)
Iyun 2010 (33)
May 2010 (55)
Aprel 2010 (52)
Mart 2010 (35)
Fevral 2010 (54)
Yanvar 2010 (37)
Dekabr 2009 (27)
Noyabr 2009 (44)
Oktyabr 2009 (37)
Sentyabr 2009 (30)
Avqust 2009 (25)
Iyul 2009 (33)
Iyun 2009 (55)
May 2009 (24)
Mart 2009 (27)
Fevral 2009 (28)
Yanvar 2009 (10)
Noyabr 2008 (21)
Oktyabr 2008 (22)
Sentyabr 2008 (22)
Avqust 2008 (31)
Iyul 2008 (39)
Iyun 2008 (36)
May 2008 (49)
Aprel 2008 (56)
Mart 2008 (12)
E-mail: office@cpf.az