Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
"Nabukko"nun taleyi ilin sonuna kimi həll olunacaq
Avropa Birliyi “Nabukko” qaz kəməri layihəsinin gələcək taleyinə dair qərarını bu ilin sonunda Brüsseldə keçiriləcək xüsusi konfrans zamanı bəlli edəcək. Bu barədə məlumatı qurumdakı diplomatik mənbələrdən biri verib.
"Hələlik "Nabukko"nun gələcəyi aydın deyil, hər şey plana uyğun olaraq birliyin Türkmənistanla uzunmüddətli - 30 ilə kimi qaz tədarükünə dair strateji razılaşmaya nail olmasından asılıdır”,-deyə AB-nin yüksək vəzifəli nümayəndəsi bildirib.
Bəzi məlumatlara görə, hazırda Brüssel və Aşqabad arasında intensiv məsləhətləşmələr gedir və qurum bu ilin aprel ayında türkmən qazının Avropa Birliyinə tədarük olumasına dair müvafiq razılaşmanın imzalanacağına ümid edir. Nəticədə isə Nabukko layihəsinin reallaşması üçün lazımi həcmdə qaz əldə etmək mümkün olacaq.
www.anspress.com
Oxunub: 178 dəfə | Tarix: 6 Mart 2010 | Kateqoriya: Xəbərlər