Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
ABŞ Dövlət Departamenti “soyqırımı” qərarından narahatdır
“Dövlət katibi Hillari Klinton Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Hovard Bermanı inandırmağa çalışdı ki, Komitənin qərarı Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasına mane ola bilər”. Bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Filip Krouli gündəlik brifinqdə deyib. Onun sözlərinə görə, ABŞ prezidenti Barak Obama Abdullah Güllə telefon danışığında Ermənistanla imzalanmış protkolların tez bir zamanda ratifikasiyasının vacibliyini vurğulayıb.
“Biz Türkiyə və Ermənistana yardım etmək üçün çox iş görmüşük. Prezident Barak Obama açıq şəkildə bəyan edib ki, 1915-ci ildə baş vermiş tarixi hadisələrə ədalətli, açıq və yalnız faktlarla təsdiqlənmiş qiymət verilməlidir. Biz son qərarın Türkiyə-Ermənistan münasibətlərinin nomallaşmasındakı müsbət impulsa mane olacağından narahatıq”.
www.anspress.com
Oxunub: 254 dəfə | Tarix: 5 Mart 2010 | Kateqoriya: Xəbərlər