|
"Ümid edirəm ki, Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Avropa İttifaqının Azərbaycanla assosiativ sazişi martın sonunda imzalanacaq". Bu sözləri Avropa İttifaqına sədrlik edən İspaniyanın xarici işlər naziri Migel Anhel Moratinos XİN rəhbəri Elmar Məmmədyarovla görüşün nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib.
Xatırladaq ki, Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Belarus və Ermənistan “Şərq Tərəfdaşlığı” proqramının üzvüdür. Bu proqram həmin ölkələrin Avropa İttifaqına üzvlüyünü nəzərdə tutmur, siyasi və iqtisadi yaxınlaşma, viza rejiminin sadələşdirilməsi və enerji sahəsində əməkdaşlığı nəzərdə tutur. Assosiasiya sazişi isə Azərbaycanla Avropa İttifaqı arasında yeni ticarət imkanları açılması, viza prosedurunun sadələşdirilməsi barədə danışıqların başlanmasına təkan verəcək.
www.anspress.com
|