|
AzərTAc-ın verdiyi xəbərə görə, konqresmənlər Azərbaycanın Xocalı şəhərində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş faciəni anmağa çağırıblar. Qanunvericilər həmin gecənin dəhşətli təfərrüatlarını həmkarlarına çatdıraraq vurğulayıblar ki, Xocalı faciəsi bəsəriyyətə qarşi törədilən cinayət kimi beynəlxalq icma tərəfindən tanınmalıdır. ABŞ-ın strateji tərəfdaşı olan Azərbaycan və onun xalqı ilə həmrəy olaraq Xocalı qurbanlarının xatirəsini yad etməsi bu dəhşətli hadisəyə uzun müddət münasibət bildirməyən beynəlxalq icma tərəfindən atılan ilk addım ola bilər. Konqres üzvləri Xocalıda erməni və rus silahlı qüvvələrinin törətdikləri amansızlıqlar barədə ABŞ mətbuatı da daxil olmaqla, dünya mediasının yazdığını diqqətə çatdırmışlar.
Bəyanatlarda o da bildirilib ki, BMT və Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanın zəbt olunmuş ərazilərindən erməni silahlı qüvvələrinin qeyd-şərtsiz dərhal çıxarılması haqda qətnamələri və qərarlarına baxmayaraq, ölkənin 20 faiz ərazisi hələ də işğal altındadır, bir milyona yaxın əhalisi isə öz Vətənində qaçqın və məcburi köçkün vəziyyətində yaşayır.
www.milli.az
|