Ana səhifə
  Haqqımızda
  İşçi heyəti
  Layihələr
  Xəzər dənizi
  Xəbərlər
  Analitika
  Qarabağ
  Nəşrlər
  Linklər
  Qalereya
Təqvim
«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
Xəzəryanı ölkələr
  Azərbaycan
  İran
  Qazaxıstan
  Rusiya
  Türkmənistan
Əlaqə
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
“Xocalıya ədalət” kampaniyasının yeni mərhələsi başladı
Moskvanın “President-Hotel” mehmanxana kompleksinin “Bolşoy Petrovski” zalında “Xocalıya ədalət” kampaniyasının birillik nəticələri ilə bağlı tədbir keçirilib. Rusiya Azərbaycan Gənclər Təşkilatı və İKGF-nin birgə təşkil etdiyi tədbir “Xocalıya ədalət” musiqi layihəsinin təqdimatı ilə açılıb. Rep janrında yazılmış eyniadlı mahnı məşhur amerikalı rep ustası və ABŞ-ın xoşməramlı səfiri Toni Bləkmən və “Dəyirman” qrupu tərəfindən ifa edilib.
“Xocalıya ədalət” kampaniyasının təşəbbüskarı, Rusiya Azərbaycan Gənclər Təşkilatının sədri Leyla Əliyeva kampaniya çərçivəsində görülən işlər və əldə edilmiş nailiyyətlər haqqında məlumat verib. O, 2010-cu ilin yanvarında İslam Konfransı Təşkilatına üzv dövlətlərin Parlament Assambleyasının Uqandada keçirilmiş 6-cı sessiyasının qəbul etdiyi qətnamə ilə faciəyə “insanlığa qarşı cinayət” kimi qiymət verilməsinin xüsusi əhəmiyyətini qeyd edərək bildirib: “Bu gün bizim kampaniya öz fəaliyyətində yeni mərhələyə qədəm qoyur - biz dövlət başçılarına, dünya parlamentlərinə, beynəlxalq təşkilatlara müraciət aksiyasına başlayırıq. Keçən ildə əldə etdiyimiz uğurlar bizdə kampaniyanın fəaliyyətinin bu il daha da genişləndirəcəyimizə əminlik yaradır”.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu dövlət başçısı İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində qətiyyətli fəaliyyətindən bəhs etmiş və rəsmi Bakının Azərbaycanın ərazi bütövlüyü məsələsində güzəştə getməyəcəyini bildirib. İKGF-nin baş katibi Elşad İsgəndərov kampaniyanın birillik fəaliyyəti barədə danışıb və yeni layihəsi - “Dünya liderlərinə müraciət” haqqında iştirakçılara məlumat verib. Tədbir iştirakçıları kampaniyanın internet saytında (www.justiceforkhojaly.org) yerləşdirilmiş yeni müraciətin çoxfunksiyalı portalı ilə tanış olublar.
Tədbirdə, həmçinin “Qarabağ gündəliyi” kitabının müəllifi, tanınmış rus yazıçısı, professor Yuri Pompeyev, Latın Amerikası Gənclər Forumunun vitse-prezidenti və kampaniyanın region üzrə əlaqələndiricisi Xulian Luqo Mendez, kampaniyanın Rusiya üzrə milli əlaqələndiricisi, Moskva Hüquq Akademiyasının tələbəsi Yekaterina Kozlova çıxış edərək kampaniyanın beynəlxalq əhəmiyyətini vurğulayıb, milli və beynəlxalq səviyyədə görülmüş işlərdən danışıblar.
Mərasimdə Rusiya ziyalıları, müxtəlif elmi cəmiyyətlərin, KİV-lərin və Azərbaycan diasporunun nümayəndələri, eləcə də Moskvanın müxtəlif ali məktəblərində təhsil alan tələbələr daxil olmaqla 500-dən artıq adam iştirak edib. Tədbirin sonunda iştirakçılar ABŞ Prezidentinə, BMT-nin baş katibinə, Avropa Şurasının Parlament Assambleyasına və Avropa Parlamentinin deputatlarına ünvanlanıb, Xocalı faciəsini insanlığa qarşı cinayət kimi tanımağa və günahkarların məsuliyyətə cəlb edilməsi üçün səy göstərməyə çağıran kampaniyanın yeni müraciətini imzalayıblar.
Otelin foyesində iştirakçılar kampaniyanın dünyanın müxtəlif ölkələrində birillik fəaliyyətini əks etdirən forosərgi ilə tanış olublar.
“Xocalıya ədalət” kampaniyası 2008-ci il mayın 8-də, Şuşa şəhərinin işğalının ildönümündə İKGF-nin mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülüb və hazırda 30-dan artıq ölkədə yüzlərlə könüllünun iştirakı ilə uğurla davam etdirilməkdədir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılmasını, soyqırımına beynəlxalq aləmdə siyasi-hüquqi və mənəvi qiymət verilməsini, həmçinin beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Kampaniyanın beynəlxalq əlaqələndirilməsi www.justiceforkhojaly.org internet saytı vasitəsilə aparılır.

www.anspress.com
Oxunub: 216 dəfə | Tarix: 27 Fevral 2010 | Kateqoriya: Xəbərlər
Sorğu
İnsan hüquqlarının qorunması üçün:

İnsan hüquqları ilə bağlı daima seminarlar və treninqlər keçirmək;
Ümumtəhsil proqramına yeni fənn əlavə etmək;
Körpəlikdən düzgün tərbiyə vermək;
İnsan hüquqları sahəsində çatışmamazlıqlar həmişə olacaq.


Baş Xəbərlər
Xəbərlər Arxivi
May 2012 (30)
Aprel 2012 (1)
Mart 2012 (33)
Fevral 2012 (44)
Yanvar 2012 (42)
Dekabr 2011 (9)
Noyabr 2011 (8)
Oktyabr 2011 (22)
Sentyabr 2011 (15)
Avqust 2011 (5)
Iyul 2011 (8)
Iyun 2011 (18)
May 2011 (26)
Aprel 2011 (33)
Mart 2011 (17)
Fevral 2011 (21)
Yanvar 2011 (16)
Dekabr 2010 (14)
Noyabr 2010 (11)
Oktyabr 2010 (20)
Sentyabr 2010 (17)
Avqust 2010 (14)
Iyul 2010 (10)
Iyun 2010 (33)
May 2010 (55)
Aprel 2010 (52)
Mart 2010 (35)
Fevral 2010 (54)
Yanvar 2010 (37)
Dekabr 2009 (27)
Noyabr 2009 (44)
Oktyabr 2009 (37)
Sentyabr 2009 (30)
Avqust 2009 (25)
Iyul 2009 (33)
Iyun 2009 (55)
May 2009 (24)
Mart 2009 (27)
Fevral 2009 (28)
Yanvar 2009 (10)
Noyabr 2008 (21)
Oktyabr 2008 (22)
Sentyabr 2008 (22)
Avqust 2008 (31)
Iyul 2008 (39)
Iyun 2008 (36)
May 2008 (49)
Aprel 2008 (56)
Mart 2008 (12)
E-mail: office@cpf.az