Ana səhifə
  Haqqımızda
  İşçi heyəti
  Layihələr
  Xəzər dənizi
  Xəbərlər
  Analitika
  Qarabağ
  Nəşrlər
  Linklər
  Qalereya
Təqvim
«    Fevral 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
 
Xəzəryanı ölkələr
  Azərbaycan
  İran
  Qazaxıstan
  Rusiya
  Türkmənistan
Əlaqə
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
İlham Əliyev: “Heç vaxt Azərbaycan torpağında ikinci erməni dövləti yaradılmayacaq”
“Biz müharibə şəraitində yaşayırıq. Ancaq bu da həqiqətdir ki, torpaqlarımızı 1990-cı illərin əvvəllərində işğal edən Ermənistan bu gün çox ağır vəziyyətdədir. Azərbaycanın iqtisadiyyatı, təxminən 10 faiz artdı, Ermənistanda isə iqtisadi tənəzzül müşahidə olunur. Ermənistandan fərqli olaraq biz öz hesabımıza yaşayırıq, xaricdən alınan borclar, kreditlər hesabına yaşamırıq. Onlardan fərqli olaraq biz, sözün əsl mənasında, müstəqil siyasət aparırıq, heç bir başqa ölkədən asılı deyilik. Biz həm ordu quruculuğunda, həm iqtisadi inkişaf məsələlərinin həllində, həm də Azərbaycanın dünya miqyasında tanınmasında böyük uğurlar əldə etmişik”. Bunu Azərbaycan prezidenti İlham Əliyev Bakının Lökbatan qəsəbəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş binanın açılışı, həmçinin müharibə əlillərinə verilən minik avtomobillərinin təqdimatında deyib. O deyib ki, Dağlıq Qarabağ münaqişəsi, beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır. Dövət başçısının sözlərinə görə, Azərbaycan bu istiqamətdə öz siyasi və diplomatik səylərini gücləndirir.
Prezident İlhm Əliyev bəyan edib ki, bu gün bütün dünya birliyi və xüsusilə bu münaqişə ilə məşğul olan vasitəçilər məsələnin ərazi bütövlüyü prinsipi əsasında həll olunmasını təklif edirlər: “Əminəm ki, bu yanaşma məsələnin tezliklə həll olunmasında bizə kömək göstərəcək. Çünki bütün beynəlxalq hüquq normaları bizim tərəfimizdədir. Ermənistan Azərbaycan torpaqlarını qanunsuz işğal edib və etnik təmizləmə siyasəti nəticəsində yüz minlərlə vətəndaşımız indi öz torpağında qaçqın, köçkün vəziyyətində yaşayır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Hamı yaxşı bilir ki, ermənilər o bölgələrə XIX əsrdə köçürülüblər. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bunu tarixi həqiqət və beynəlxalq hüquq normaları sübut edir. Heç vaxt Azərbaycan torpağında ikinci erməni dövləti yaradılmayacaq. Heç vaxt Dağlıq Qarabağ müstəqil olmayacaq. Bunu bütün dünya bilir. Ermənistan bu həqiqəti nə qədər tez dərk etsə, məsələ öz həllini o qədər də tez tapar. Məsələ öz həllini tapandan sonra bölgədə sülh tam şəkildə bərqərar oluna bilər. Çünki Ermənistan-Azərbaycan münaqişəsi bölgənin ən böyük problemidir. Bu problem həll olunmadan heç bir başqa problem öz həllini tapa bilməz”.
Dövlət başçısı əminliyini ifadə edib ki, Azərbaycan bütün səylərini gücləndirməklə, ordu quruculuğu, siyasi fəaliyyətin möhkəmləndirilməsi istiqamətində atılacaq növbəti addımlar hesabına, iqtisadi inkişafın hesabına və cəmiyyətdə bütün vətəndaşların bu milli ideya uğrunda birləşməsi sayəsində Dağlıq Qarabağ məsələsi öz həllini tapacaq və ərazi bütövlüyü bərpa olunacaq.

www.anspress.com
Oxunub: 203 dəfə | Tarix: 24 Fevral 2010 | Kateqoriya: Xəbərlər
Sorğu
İnsan hüquqlarının qorunması üçün:

İnsan hüquqları ilə bağlı daima seminarlar və treninqlər keçirmək;
Ümumtəhsil proqramına yeni fənn əlavə etmək;
Körpəlikdən düzgün tərbiyə vermək;
İnsan hüquqları sahəsində çatışmamazlıqlar həmişə olacaq.


Baş Xəbərlər
Xəbərlər Arxivi
Fevral 2012 (6)
Yanvar 2012 (42)
Dekabr 2011 (9)
Noyabr 2011 (8)
Oktyabr 2011 (22)
Sentyabr 2011 (15)
Avqust 2011 (5)
Iyul 2011 (8)
Iyun 2011 (18)
May 2011 (26)
Aprel 2011 (33)
Mart 2011 (17)
Fevral 2011 (21)
Yanvar 2011 (16)
Dekabr 2010 (14)
Noyabr 2010 (11)
Oktyabr 2010 (20)
Sentyabr 2010 (17)
Avqust 2010 (14)
Iyul 2010 (10)
Iyun 2010 (33)
May 2010 (55)
Aprel 2010 (52)
Mart 2010 (35)
Fevral 2010 (54)
Yanvar 2010 (37)
Dekabr 2009 (27)
Noyabr 2009 (44)
Oktyabr 2009 (37)
Sentyabr 2009 (30)
Avqust 2009 (25)
Iyul 2009 (33)
Iyun 2009 (55)
May 2009 (24)
Mart 2009 (27)
Fevral 2009 (28)
Yanvar 2009 (10)
Noyabr 2008 (21)
Oktyabr 2008 (22)
Sentyabr 2008 (22)
Avqust 2008 (31)
Iyul 2008 (39)
Iyun 2008 (36)
May 2008 (49)
Aprel 2008 (56)
Mart 2008 (12)
E-mail: office@cpf.az