Ana səhifə
  Haqqımızda
  İşçi heyəti
  Layihələr
  Xəzər dənizi
  Xəbərlər
  Analitika
  Qarabağ
  Nəşrlər
  Linklər
  Qalereya
Təqvim
«    Fevral 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
 
Xəzəryanı ölkələr
  Azərbaycan
  İran
  Qazaxıstan
  Rusiya
  Türkmənistan
Əlaqə
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
Prezident İlham Əliyev “Göyçay-1” Su Elektrik Stansiyasının təməlini qoyub
Prezident İlham Əliyev fevralın 12-də "Göyçay-1" Su Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak etmişdir. Məlumatı AzərTAc Dövlət Agentliyi yayıb.
Son illər ölkəmizin enerjiyə olan tələbatının tam şəkildə ödənilməsi istiqamətində atılan mühüm addımlardan biri də bölgələrdə, rayon və kəndlərdə yeni elektrik stansiyalarının tikilməsidir. Bu baxımdan rayon və kəndlərdə inşa olunan kiçik su elektrik stansiyaları mühüm əhəmiyyət kəsb edir. Bu stansiyalardan biri də Göyçay rayonunun Bığır kəndinin ərazisindən keçən Yuxarı Şirvan kanalı üzərində tikiləcək müasir tipli su elektrik stansiyasıdır.
Prezident İlham Əliyev Bığır kəndindəki "Göyçay-1" Su Elektrik Stansiyasının tikiləcəyi əraziyə gəldi.
İnşaatçılar dövlətimizin başçısını hərarətlə qarşıladılar.
"Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev məlumat verdi ki, inşa olunacaq "Göyçay-1" Su Elektrik Stansiyasının ərazisi 4 hektardır. Üç meqavat/amper gücündə olacaq stansiyada birmərtəbəli inzibati bina və üç turbindən ibarət maşın zalı inşa ediləcəkdir. Hər turbinin gücü 1 MVA yaxın olacaqdır.
Stansiyanın ərazisi abadlaşdırılmış, ətrafı hasarlanmış və burada 2 minə yaxın ağac əkilmişdir. Ərazidə işıqlandırma sistemi quraşdırılmışdır. Stansiyanın tikintisində 50 nəfərə yaxın inşaatçı çalışacaqdır. Müəssisənin bu ilin sonlarınadək istifadəyə verilməsi nəzərdə tutulur.
Dövlətimizin başçısı stansiyanın prinsipial sxeminə və yaxın gələcəkdə tikilməsi planlaşdırılan kiçik su elektrik stansiyalarının yerləşmə xəritəsinə baxdı.
Prezident İlham Əliyevə məlumat verildi ki, ümumilikdə ölkə ərazisində 7 zona üzrə 235 kiçik su elektrik stansiyasının inşası nəzərdə tutulmuşdur. Bu da ölkədə elektrik enerjisi ilə bağlı vəziyyətin daha da yaxşılaşdırılmasına imkan verəcəkdir.
Prezident İlham Əliyev gilizi özülə buraxdı, beton qarışığını tökdü.
Bununla da dövlətimizin başçısının Göyçay rayonuna səfəri başa çatdı.

www.trend.az
Oxunub: 308 dəfə | Tarix: 13 Fevral 2010 | Kateqoriya: Xəbərlər
Sorğu
İnsan hüquqlarının qorunması üçün:

İnsan hüquqları ilə bağlı daima seminarlar və treninqlər keçirmək;
Ümumtəhsil proqramına yeni fənn əlavə etmək;
Körpəlikdən düzgün tərbiyə vermək;
İnsan hüquqları sahəsində çatışmamazlıqlar həmişə olacaq.


Baş Xəbərlər
Xəbərlər Arxivi
Fevral 2012 (6)
Yanvar 2012 (42)
Dekabr 2011 (9)
Noyabr 2011 (8)
Oktyabr 2011 (22)
Sentyabr 2011 (15)
Avqust 2011 (5)
Iyul 2011 (8)
Iyun 2011 (18)
May 2011 (26)
Aprel 2011 (33)
Mart 2011 (17)
Fevral 2011 (21)
Yanvar 2011 (16)
Dekabr 2010 (14)
Noyabr 2010 (11)
Oktyabr 2010 (20)
Sentyabr 2010 (17)
Avqust 2010 (14)
Iyul 2010 (10)
Iyun 2010 (33)
May 2010 (55)
Aprel 2010 (52)
Mart 2010 (35)
Fevral 2010 (54)
Yanvar 2010 (37)
Dekabr 2009 (27)
Noyabr 2009 (44)
Oktyabr 2009 (37)
Sentyabr 2009 (30)
Avqust 2009 (25)
Iyul 2009 (33)
Iyun 2009 (55)
May 2009 (24)
Mart 2009 (27)
Fevral 2009 (28)
Yanvar 2009 (10)
Noyabr 2008 (21)
Oktyabr 2008 (22)
Sentyabr 2008 (22)
Avqust 2008 (31)
Iyul 2008 (39)
Iyun 2008 (36)
May 2008 (49)
Aprel 2008 (56)
Mart 2008 (12)
E-mail: office@cpf.az