Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
Gürcüstan Vaşinqtonda nüvə təhlükəsizliyi üzrə görüşün hazırlanmasında iştirak edəcək
Gürcüstanın nümayəndə heyəti Vaşinqtonda nüvə təhlükəsizliyi üzrə yüksəksəviyyəli tədbirin hazırlanmasına dair keçiriləcək görüşə dəvət olunub. Bu məsələ cümə günü xarici işlər nazirinin müavini David Calaqaniya ilə Niderlandın Gürcüstandakı səfiri Piter Lanqerbenq və ABŞ səfirliyinin əməkdaşı Cyuli D.Fişerin görüşü zamanı müzakirə edilib. Bu barədə Gürcüstan XİN-nin mətbuat və informasiya mərkəzindən Trend News-a verilən məlumatda deyilir. Görüş Niderland və ABŞ tərəflərinin təşəbbüsü ilə baş tutub. Fişer görüşdə ABŞ Prezidentinin 12-13 aprel tarixlərində Vaşinqtonda nüvə təhlükəsizliyi üzrə yüksəksəviyyəli görüşün keçirilməsi təşəbbüsünü bildirib. Qeyd edilib ki, 9-11 fevral tarixlərində Haaqada Vaşinqton sammitinə hazırlıq görüşü olacaq. Gürcüstan tərəfi görüşə dəvət alıb. Gürcüstan XİN-də keçirilən görüşdə Gürcüstan-Niderland əməkdaşlığının əsas istiqamətləri müzakirə edilib. Səfir Lanqenberq yanvarın 14-də Batumidə keçirilmiş enerji konfransının maraqlı tərəfləri ilə tanış olub və əsaslı informasiya alıb.
www.trend.az
Oxunub: 310 dəfə | Tarix: 30 Yanvar 2010 | Kateqoriya: Xəbərlər