Ana səhifə
  Haqqımızda
  İşçi heyəti
  Layihələr
  Xəzər dənizi
  Xəbərlər
  Analitika
  Qarabağ
  Nəşrlər
  Linklər
  Qalereya
Təqvim
«    Fevral 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
 
Xəzəryanı ölkələr
  Azərbaycan
  İran
  Qazaxıstan
  Rusiya
  Türkmənistan
Əlaqə
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
Qlobal qaz bazarında Azərbaycanın rolu artacaq - Prezident İlham Əliyev

Enerji təhlükəsizliyi baxımından Azərbaycan üçün ən əsas məsələ təchizat marşrutlarının şaxələndirilməsidir. Bu barədə Prezident İlham Əliyev İsveçrənin Davos şəhərində 40-cı Dünya İqtisadi Forumunun "Qlobal enerji mənzərəsi" mövzusunda iclasında çıxışı zamanı bildirib, AzərTAc dövlət informasiya agentliyi məlumat yayıb.
"İlk növbədə onu demək istərdim ki, enerji təhlükəsizliyi baxımından bizim üçün ən əsas məsələ təchizat marşrutlarının şaxələndirilməsidir. Biz buna nail ola bilmişik. Bu gün bizim təbii ehtiyatlarımızı müxtəlif istiqamətlərə nəql edən şaxələndirilmiş boru kəmərləri sistemimiz vardır", - İlham Əliyev deyib.
Azərbaycan Prezidenti istehsalçı, tranzit və istehlakçı ölkələr arasında maraqlar balansının vacibliyini da vurğuladı.
"Eyni zamanda, enerji sahəsində davamlı və uzunmüddətli əməkdaşlığın həyata keçirilməsi üçün istehsalçı, tranzit və istehlakçı ölkələr arasında maraqlar balansının olması da vacibdir. Əgər maraqlar balansı pozularsa, bu, müəyyən problemlər yarada bilər", deyə Prezident İlham Əliyev bildirib.
Dövlət başçısının sözlərinə görə, Azərbaycan üçün digər vacib məsələ isə təbii ehtiyatlarımız, xüsusilə də qaz üçün ədalətli bazar qiyməti və müqavilələri imzalayan bütün tərəflərin tam sadiqliyidir.
"Hesab edirəm ki, enerji təhlükəsizliyi baxımından bu elementlər bütövlükdə istehlakçı və istehsalçılar üçün daha böyük etimad yarada bilər", - Prezident deyib.
Azərbaycan Prezidentinin fikrinə görə, qlobal qaz bazarında ölkənin rolu mütləq artacaq.
"Düşünürəm ki, qlobal qaz bazarında Azərbaycanın rolu mütləq artacaqdır. Çünki, nəhəng qaz ehtiyatlarının aşkar olunması Azərbaycanın əsas qaz ixracatçılarından birinə çevrilməsinə imkan yaradacaqdır. Bildiyiniz kimi, hesablamalara görə, Azərbaycanın təsdiq olunmuş minimal qaz ehtiyatları 2 trilyon kubmetrdən artıqdır. Bu, bundan sonrakı on illər ərzində həm bizim, həm də ixracat həcmi üçün kifayətdir. Hazırda isə ən mühüm məsələ təbii qazımız üçün etibarlı və üzunmüddətli bazarın təmin edilməsidir", - Prezident İlham Əliyev deyib.
Prezident onu da qeyd edib ki, qaz hasılatının artırılması üçün daha böyük həcmli boru kəmərləri infrastrukturunu yaratmaq lazımdır.
"Qeyd etdim ki, artıq şaxələndirilmiş qaz təchizatı sistemimiz vardır. Lakin həmin sistem yalnız bugünkü hasilat həcmini nəql edə bilər. Biz qaz hasılatını iki, üç dəfə, bəlkə də daha çox artırmağı planlaşdırırıq. Onun üçün bizim daha böyük həcmli boru kəmərləri infrastrukturumuz olmalıdır. Əlbəttə, böyük sərmayələri yeni işlənilmə və boru kəmərləri infrastrukturuna yatırmaq üçün biz aydın şəkildə bilməliyik ki, istehlakçılarımız kimlərdir. Həmin ölkələrdə bazarın tənzimlənməsi necə qurulub. Həmin bazarlar bizim üçün etibarlı və uzunmüddətlidir, ya yox. Beləliklə, əminəm ki, bütün bu məsələlər öz həllini tapandan sonra Azərbaycan neft sahəsində olduğu kimi, qaz potensialından da uğurla istifadə edəcəkdir", - Azərbaycan Prezidenti deyib.
Dövlət başcısı Azərbaycanın iqtisadi nailiyyətlərdən də danışıb.
"Onu deyə bilərəm ki, son bir neçə il ərzində ölkəmizdə apardığımız islahatlar bizə dayanıqlı və şaxələndirilmiş iqtisadiyyat yaratmağa imkan verdi. İyirmi il bundan öncə Azərbaycan Sovet İttifaqının bir hissəsi idi. O zaman iqtisadiyyatımızın bazar iqtisadiyyatı seqmenti sıfıra bərabər idi. Bu gün ümumi daxili məhsulumuzun (ÜDM) 85 faizi özəl sektorun payına düşür. Biz neft və qazdan əldə etdiyimiz gəlirləri qeyri-enerji sektoruna, ilk növbədə isə sənaye istehsalına yönəltdik. Beləliklə bu gün böhranla və neftin qiymətinin dəyişməsi ilə bağlı yaranan bütün çətinlikləri minimum itkilərlə dəf etməyə nail olmuşuq", - İlham Əliyev deyib.
Prezident İlham Əliyev Azərbaycanda iqtisadi inkişafı əks etdirən bəzi rəqəmləri də söyləyib. ÜDM-in artımı 9,3 faiz, sənaye istehsalının artımı 8,6 faiz, inflyasiya dərəcəsi isə yalnız 1,5 faiz olmuşdur.
"2009-cu ildə neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, müstəqil neft fondumuz daha çox vəsait toplaya bilmişdir. Bu rəqəmlər aydın şəkildə göstərir ki, iqtisadiyyatımız hadisələrin gözlənilməz inkişafına tab gətirə bilir. Təbii ki, biz də iqtisadi böhrandan əziyyət çəkmişik. Lakin biz bütün ehtiyatlarımızı səfərbər etməyə nail olmuşuq", deyə dövlət başçısı bildirib.
İlham Əliyevin sözlərinə görə, 2009-cu ilin ən mühüm elementlərindən biri də odur ki, regionumuzdakı digər ölkələrdən fərqli olaraq milli valyutamız dəyərini itirmədi, sabit qaldı.
"Bu isə insanların sosial müdafiəsi üçün böyük bir dəstək idi. Neftin bugünkü qiymətləri isə şirkətlər, istehlakçılar və ölkələr üçün münasibdir. Bu cür qiymətlər bizə daha çox sərmayə yatırmağa, daha çox neft və qaz hasil etməyə imkan verir, eyni zamanda, bu, istehlakçılar üçün də məqbuldur. Artıq maraqlar balansı müşahidə olunmaqdadır", - Prezident İlham Əliyev deyib.
İlham Əliyev Azərbaycanın 2010-cu ildə nəzərdə tutduğu bütün əsas layihələri həyata keçirəcəyinə ümidini ifadə edib.
"Qeyd etmək istəyirəm ki, 2009-cu ildə Azərbaycandakı sərmayələrin ümumi məbləği 10 milyard dollara yaxın olub. Bu, iqtisadiyyatımız üçün kifayət qədər böyük məbləğdir. Hesab edirəm ki, neftin tarazlaşdırılmış qiyməti bizə gələcəkdə inkişafı davam etdirməyə imkan verəcəkdir. Yeri gəlmişkən, son altı il ərzində Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyat olub. Altı il ərzində iqtisadiyyatımızın ümumi artımı 300 faiz təşkil edib. Beləliklə, indiyədək nail olduqlarımız, topladığımız vəsait və neft sahəsində əldə edilmiş gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi istiqamətində gördüyümüz işlər bizə uğurlu inkişafı davam etdirməyə imkan verəcəkdir", deyə İlham Əliyev bildirib.

www.trend.az
Oxunub: 229 dəfə | Tarix: 30 Yanvar 2010 | Kateqoriya: Xəbərlər
Sorğu
İnsan hüquqlarının qorunması üçün:

İnsan hüquqları ilə bağlı daima seminarlar və treninqlər keçirmək;
Ümumtəhsil proqramına yeni fənn əlavə etmək;
Körpəlikdən düzgün tərbiyə vermək;
İnsan hüquqları sahəsində çatışmamazlıqlar həmişə olacaq.


Baş Xəbərlər
Xəbərlər Arxivi
Fevral 2012 (6)
Yanvar 2012 (42)
Dekabr 2011 (9)
Noyabr 2011 (8)
Oktyabr 2011 (22)
Sentyabr 2011 (15)
Avqust 2011 (5)
Iyul 2011 (8)
Iyun 2011 (18)
May 2011 (26)
Aprel 2011 (33)
Mart 2011 (17)
Fevral 2011 (21)
Yanvar 2011 (16)
Dekabr 2010 (14)
Noyabr 2010 (11)
Oktyabr 2010 (20)
Sentyabr 2010 (17)
Avqust 2010 (14)
Iyul 2010 (10)
Iyun 2010 (33)
May 2010 (55)
Aprel 2010 (52)
Mart 2010 (35)
Fevral 2010 (54)
Yanvar 2010 (37)
Dekabr 2009 (27)
Noyabr 2009 (44)
Oktyabr 2009 (37)
Sentyabr 2009 (30)
Avqust 2009 (25)
Iyul 2009 (33)
Iyun 2009 (55)
May 2009 (24)
Mart 2009 (27)
Fevral 2009 (28)
Yanvar 2009 (10)
Noyabr 2008 (21)
Oktyabr 2008 (22)
Sentyabr 2008 (22)
Avqust 2008 (31)
Iyul 2008 (39)
Iyun 2008 (36)
May 2008 (49)
Aprel 2008 (56)
Mart 2008 (12)
E-mail: office@cpf.az