Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
ABŞ Senatı İrana qarşı sanksiyalarla bağlı qanun layihəsini bəyənib
ABŞ Senatı ölkə prezidentinə İranın neft təchizatçıları, eləcə də bu ölkənin liderlərinə qarşı sanksiyalar tətbiq etmək hüququ verən qanun layihəsini bəyənib. Bu, Tehrana qarşı nüvə proqramı ilə bağlı təzyiqləri artırmalıdır. Sanksiyalar İrana neft məhsullarının idxalı ilə məşğul olan şirkətlərə də qarşı yönələ bilər. Amerika maliyyə institutları həmin şirkətərə kreditlərin verilməsindən və digər dəstəkdən imtina edəcəklər. Qeyd edək ki, ABŞ Nümayəndələr palatası bir müddət əvvəl oxşar qətnamə qəbul edib. Bundan sonra vahid mətn hazırlanacaq və ona qanun statusu veriləcək.
www.anspress.com
Oxunub: 269 dəfə | Tarix: 29 Yanvar 2010 | Kateqoriya: Xəbərlər