Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
Elmar Məmmədyarov Əhməd Davudoğlu ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Londonda türkiyəli həmkarı Əhməd Davudoğlu ilə görüşüb. Əfqanıstana dair konfrans çərçivəsində baş tutan görüşdə Elmar Məmmədyarov Əhməd Davudoğluna bir neçə gün əvvəl Soçidə Rusiya prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü barədə məlumat verib. Əhməd Davudoğlu isə Ermənistan Konstitusiya Məhkəməsinin Sürix protkolları ilə bağlı qərarı barədə mövqeyini və qurulan təmaslar haqqında məlumatları azərbaycanlı həmkarına çatdırıb. Konfrans çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla, eləcə də Əhməd Davudoğlunun Edvard Nalbandyanla görüşləri də baş tutub.
www.anspress.com
Oxunub: 252 dəfə | Tarix: 29 Yanvar 2010 | Kateqoriya: Xəbərlər