Ana səhifə
  Haqqımızda
  İşçi heyəti
  Layihələr
  Xəzər dənizi
  Xəbərlər
  Analitika
  Qarabağ
  Nəşrlər
  Linklər
  Qalereya
Təqvim
«    May 2012    »
BeÇaÇrCaCmŞbBz
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
Xəzəryanı ölkələr
  Azərbaycan
  İran
  Qazaxıstan
  Rusiya
  Türkmənistan
Əlaqə
Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
Azərbaycanlı deputatın hazırladığı sənəd AŞ PA-da yayılıb

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynovun qurumun qış sessiyası çərçivəsində "Avropada təhsil şəbəkəsində ortaq dərsliklərdən istifadənin məqsədəuyğunluğu" adlı tövsiyə üçün təklif sənədi yayılıb. Sənəd İtaliya, İspaniya, Polşa, Böyük Britaniya və digər ölkələrdən olan 20-dən çox deputat tərəfindən imzalanıb. Bu barədə Trend News-a çərşənbə axşamı Rafael Hüseynov məlumat verib. Tövsiyə üçün təklifdə Rafael Hüseynov qeyd edir ki, Avropa ölkələri arasında getdikcə artan çoxşaxəli əməkdaşlıq bir tərəfdən bu ölkələrin bir-biri ilə daha artıq yaxınlaşmasını və qarşılıqlı anlaşmanın dərinləşməsini təmin edirsə, digər tərəfdən bütöv Avropanın formalaşmasına aparan yolu da qısaldır.
"XX əsrin əvvəllərində qanlı müharibələrlə ayrılan bir sıra Avropa dövlətlərinin bu gün birlikdə ümumi məqsədlər uğrunda mübarizə aparması müştərək Avropa Evinin yaranması üçün ciddi bünövrə sayılmalıdır. Avropa Şurası, ATƏT, Avropa Birliyi və digər mühüm Avropa strukturlarının ardıcıl fəaliyyətləri ümumavropa məkanının təşəkkülü, ümumavropa qanunvericilik sisteminin bərqərar olmasına ciddi töhfələr veib, lakin həmin proseslərin daha da sürətlənməsi, Avropa xalqlarını ayıran ən müxtəlif sərhədlərin daha intensiv şəkildə aradan götürülməsini təmin edərək bir sıra imkanlar vardır ki, onlardan istifadə zəruridir", - sənəddə deyilir.
Azərbaycanlı deputata görə, Avropa xalqları və dövlətləri arasında inteqrasiyanın güclənməsinin indisi və gələcəyi üçün ən münasib vasitələrdən biri təhsildir.
"Avropa ölkələrinin təhsil sistemində son llərdə ortaq prinsiplərin tətbiq edilməsində əhəmiyyətl irəliləyişlərə nail olunub. Xüsusən, uzun müddət qapalı rejimlər içərisində mövcud olan və yeni müstəqillik əldə etmiş dövlətlərin təhsil siyasətində aparılan islahatlar, modernləşmə təmayülləri və Avropa standartlarına uyğunlaşma səmtində görülən işlər Ümumavropa təhsil məkanında prinsipial fərqlərin tədricən aradan çıxmasına gətirib çıxarır. Avropa ölkələrində bir sıra əsas fənlər üzrə ortaq dərsliklərin istifadə edilməsi həm qitənin təhsil sistemində daha artıq bütövləşməni təmin edə, həm də Avropa xalqlarının bir-birlərini daha yaxşı tanımasına, intellekt və mənəvi keyfiyyətlər baxımından vahidləşməsinə təsirli təkan verə bilər", - sənəddə qeyd edilir.
"Özünü Avropanın övladı saymaq bilikdən başlanır və bu təməl biliyi də ilk növbədə sabit təhsil sistemi ortaya qoymağa qadirdir. Müştərək dərsliklərin hazırlanması müxtəlif üsullarla həyata keçirilə bilər. Ya ayrı-ayrı qitə ölkələrində olan müvafiq dərsliklərin ən yaxşıları seçilərək onlar zəruri fəsillərlə təkmilləşdirilir, ya da sınaqdan keçmiş uğurlu dərsliklərin təcrübəsi ümumiləşdirilərək tamam yeni dərsliklər hazıranır. Bu sahədə başlıca meyarlardan biri diqqətin Avropa xalqlarını bir-birinə yaxınlaşdıran məqamların əsas fon kimi götürülməsinə yönəldilməsindən ibarətdir. AŞ üzv ölkələr arasında bu istiqamətdə ən nüfuzlu koordinator funksiyasını yerinə yetirə bilər", - tövsiyə üçün təklf sənədində vurğulanır.

www.trend.az
Oxunub: 190 dəfə | Tarix: 26 Yanvar 2010 | Kateqoriya: Xəbərlər
Sorğu
İnsan hüquqlarının qorunması üçün:

İnsan hüquqları ilə bağlı daima seminarlar və treninqlər keçirmək;
Ümumtəhsil proqramına yeni fənn əlavə etmək;
Körpəlikdən düzgün tərbiyə vermək;
İnsan hüquqları sahəsində çatışmamazlıqlar həmişə olacaq.


Baş Xəbərlər
Xəbərlər Arxivi
May 2012 (30)
Aprel 2012 (1)
Mart 2012 (33)
Fevral 2012 (44)
Yanvar 2012 (42)
Dekabr 2011 (9)
Noyabr 2011 (8)
Oktyabr 2011 (22)
Sentyabr 2011 (15)
Avqust 2011 (5)
Iyul 2011 (8)
Iyun 2011 (18)
May 2011 (26)
Aprel 2011 (33)
Mart 2011 (17)
Fevral 2011 (21)
Yanvar 2011 (16)
Dekabr 2010 (14)
Noyabr 2010 (11)
Oktyabr 2010 (20)
Sentyabr 2010 (17)
Avqust 2010 (14)
Iyul 2010 (10)
Iyun 2010 (33)
May 2010 (55)
Aprel 2010 (52)
Mart 2010 (35)
Fevral 2010 (54)
Yanvar 2010 (37)
Dekabr 2009 (27)
Noyabr 2009 (44)
Oktyabr 2009 (37)
Sentyabr 2009 (30)
Avqust 2009 (25)
Iyul 2009 (33)
Iyun 2009 (55)
May 2009 (24)
Mart 2009 (27)
Fevral 2009 (28)
Yanvar 2009 (10)
Noyabr 2008 (21)
Oktyabr 2008 (22)
Sentyabr 2008 (22)
Avqust 2008 (31)
Iyul 2008 (39)
Iyun 2008 (36)
May 2008 (49)
Aprel 2008 (56)
Mart 2008 (12)
E-mail: office@cpf.az