Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
Bu gün Türkmənistandan Rusiyaya qaz nəqli başlayır
Bu gün Bakı vaxtı ilə saat 11.00-dən etibarət Türkmənistandan Rusiyaya qaz nəqli bərpa olunacaq. Türkmənistan qazının Rusiyaya nəqli ötən ilin aprelində qaz kəmərinin Türkmənistan ərazisindəki hissəsində baş vermiş qəzadan sonra dayandırılmışdı. Qəzaya qədər Türkmənistan “Qazprom”a il ərzində 50 milyard kubmetrə yaxın qaz satırdı. Qeyri-rəsmi məlumatlara görə, “Qazprom” Türkmənistandan qazın hər min kubmetrini 240-250 dollara alacaq. Üç il əvvəl konsern Türkmənistan qazını 65 dollara, 2008-ci ildə isə 140 dollara alırdı. Qeyd edək ki, hər il Türkmənistanda təxminən 80 milyard kubmetr qaz hasil edilir. Bu hasilatın üçdən ikisi isə Rusiyaya satılacaq.
www.anspress.com
Oxunub: 204 dəfə | Tarix: 9 Yanvar 2010 | Kateqoriya: Xəbərlər