|
MDB İcraiyyə Komitəsinin məlumatına görə, martın 26-da Moskvada Birliyin üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçiriləcək. Qeyd edək ki, Şuranın son iclası 2009-cu il oktyabrın 8-də Kişinyovda keçirilmişdi. MDB-nin üzvü olan ölkələrin xarici siyasət idarələrinin rəhbərləri bir sıra problemləri, o cümlədən 1941-1945-ci illər müharibəsində Qələbənin 65-ci ildönümünün bayram edilməsi məsələsini müzakirə etmişdilər. Bundan başqa iclasda 20-dək məsələ, o cümlədən sərhəd təhlükəsizliyinin təmin edilməsi, miqrasiya siyasəti, humanitar sahədə kollektiv qarşılıqlı fəaliyyətin inkişafına əlavə təkan verməli olan sənədlərin layihələri də müzakirə olunmuşdu. İclasda həmçinin MDB Dövlət və Hökumət Başçıları şuralarının növbəti iclaslarının keçirilməsi ilə əlaqədar məsələlərə də baxılmışdı.
www.anspress.com
|