Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
Türkmənistanla İranı birləşdirən qaz kəmərinin bu gün açılışı olacaq
Bu gün regionun enerji bazarında əhəmiyyətli addım sayılan Türkmənistanla İranı birləşdirən “Dövlətabad - Seraxs - Xangeran” qaz kəmərinin açılışı olacaq. 30,5 kilometr uzunluğunda olan kəmərin açılışında Türkmənistan və İran prezidentləri Qurbanqulu Berdıməhəmmədov və Mahmud Əhmədinejad iştirak edəcək. Kəmərin istifadəyə verilməsi ilə Türkmənistandan İrana ildə 20 milyard kubmetr qaz nəql etmək imkanı yaranacaq. Türkmənistan prezidenti bu qaz kəmərini türkmən yanacağının tədarük həcminin gələcəkdə artırılmasını nəzərdə tutan strategiyasının növbəti mühüm mərhələsi adlandırıb. İstismar olunacaq qaz kəməri ilin ikinci yarısında hazırda mövcud olan “Korpece-Kortkui” kəmərinə qoşulacaq. Xatırladaq ki, birinci qaz kəməri 1996-ci ildə istismara verilib. Ölkənin qərbindən başlayan ”Korpece-Kurtkui” kəmərinin uzunluğu 200 km, ötürmə qabiliyyəti isə 8 milyard kubmetrdir.
www.anspress.com
Oxunub: 203 dəfə | Tarix: 6 Yanvar 2010 | Kateqoriya: Xəbərlər