|
Neft ixrac edən ölkələrin təşkilatının (OPEK ) üzvləri neft hasilatı kvotasının həcmində dəyişiklik etməmək qərarına gəliblər. Bunu OPEK-in Anqoladakı sammitində Səudiyyə Ərəbistanın nümayəndəsi deyib. OPEK-ə 12 ölkə (Əlcəzair, Anqola, Evador, İran, İraq, Küveyt, Liviya, Nigeriya, Qətər Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Venesuela) daxildir. Dünya neft hasilatının təxminən 40 faizi bu təşkilata üzv olan ölkələrin payına düşür. Bu ilin yanvarında OPEK ölkələrə neft hasilatı üçün gündəlik 4,2 milyon barellik kvota tətbiq edib. Nəticədə neftin qiyməti dekabradək 32 dollardan təxminən iki dəfə artıb.
www.anspress.com
|