Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
Azərbaycan və Rusiyanın Həştərxan vilayəti əməkdaşlıq haqqında yeni beşillik müqavilə imzalayacaqlar
Rusiyanın Həştərxan vilayətinin nümayəndə heyətinin Azərbaycana səfərində əsas məqsəd tərəflər arasında əməkdaşlıq məsələlərinin tədqiq edilməsi olub. Bunu cümə günü Həştərxan vilayətinin vitse-qubernatoru Konstantin Markelov deyib. Azərbaycan və Həştərxan vilayəti arasında 2006-cı ildən qarşılıqlı əməkdaşlıq haqqında müqavilə var. Hazırda ölkələr arasında mövcud müqavilənin növbəti beş il müddətinə uzadılması üçün işçi qrupu yaradılıb. Hazırda fəaliyyətdə olan müqavilənin müddəti 2010-cu ilin aprelində başa çatacaq. Onun sözlərinə görə, yeni hökumətlərarası müqavilə apreldə imzalanacaq.
www.trend.az
Oxunub: 257 dəfə | Tarix: 19 Dekabr 2009 | Kateqoriya: Xəbərlər