Ünvan:
İbrahimpaşa Dadaşov 50, Bakı,
AZ1069, Azərbaycan
Tel/Faks:
(+994 12) 436-24-20
Partnyorlarımız
ATƏT Xarici İşlər Nazirləri Şurasının toplantısı başlayıb
Bu gün Yunanıstanın paytaxtı Afinada ATƏT-in Xarici İşlər Nazirləri Şurasının illik toplantısı öz işinə başlayıb. Toplantıda təşkilatın fəaliyyəti nəzərdən keçiriləcək, gələcəkdə atılacaq addımlar müzakirə olunacaq. Toplantıya ev sahibliyi edən Yunanıstan prezidenti Karolos Popoulyas yığıncağın açılışında çıxış edib. O bildirib ki, üzv ölkələr arasında sülh artırılmalı və bu sahədə konkret addımlar atılmalıdır. K.Popoulyas Berlin divarlarının uçurulmasının ildönümünün qeyd olunmasını xatırladaraq, Avropada təhlükəsizlik baxımından əldə edilən nəticənin keçmişlə müqayisədə sevindirici olduğunu ifadə edib. Yunanıstanın Baş naziri Yorgo Papandreu isə çıxışı zamanı yığıncağın gündəmi ilə bağlı məlumat verib. Savah da davam edəcək toplantıda Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir.
www.anspress.com
Oxunub: 217 dəfə | Tarix: 1 Dekabr 2009 | Kateqoriya: Xəbərlər