|
Xəzərin statusu ilə bağlı yaxın vaxtlarda Xəzəryanı ölkələrin rəsmiləri yenidən görüşəcək. İranda səfərdə olan Türkmənistan parlamentinin sədri Akca Nuberdiyeva deyib ki, status məsələsi bütün ölkələrin razılığı ilə həll olunmalıdır. İran kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, rəsmi Tehranın fikrincə, kollektiv razılıq olmadan Xəzərin karbohidrogen resurslarının işlənməsi əməkdaşlığa xələl gətirir. Bu fikirləri Türkmənistan parlamentinin sədri də təsdiqləyib. Xatırladaq ki, İran və Türkmənistandan fərqli olaraq, Azərbaycan, Rusiya və Qazaxıstan Xəzərin 5 bərabər hissəyə deyil, orta xətt prinsipi ilə bölünməsinin tərəfdarıdırlar. Bu ölkələr Xəzərin özlərinə məxsus sektorlarında neft və qaz hasilatını həyata keçirirlər.
www.anspress.com
|