|
Bu gün Aşqabadda Müstəqil Dövlətlər Birliyi (MDB) kənd təsərrüfatı məhsulları istehsalçılarının birinci Forumu və bu tədbir çərçivəsində MDB kənd təsərrüfatı nazirlərinin müşavirəsi başlayır. Noyabrın 27-dək davam edəcək tədbirlərdə dünyanı bürümüş maliyyə və iqtisadi böhran şəraitində MDB ölkələrində aqrar-sənaye kompleksinin inkişafı məsələləri, rəqabətədavamlılıq və ərzaq təhlükəsizliyi, kiçik biznesin inkişafına yardım göstərilməsi, maliyyə sabitliyi, sərmayə qoyuluşu və digər problemlər müzakirə olunacaq. Forum çərçivəsində MDB ölkələri, həmçinin Türkiyə, Çin və İranın aqrar-sənaye kompleksi məhsulları, müasir kənd təsərrüfatı texnikasından ibarət sərgi də təşkil ediləcək.
www.anspress.com
|