|
BMT Baş Assambleyasının sosial və humanitar məsələlər komitəsi İranda insan hüquqlarının pozulmasını pisləyən qətnamə layihəsini qəbul edib. Layihəni komitənin 74 üzvü dəstəkləyib, 48 nəfər isə onun əleyhinə səs verib. Qətnamə layihəsində İranda insan hüquqları sahəsində davam edən ciddi pozuntulardan dərin narahatlıq ifadə olunur. BMT komitəsi müxalifətçilər, jurnalistlər, bloggerlər, vəkillər, hüquq müdafiəçiləri, tələbələrə qarşı təqib və həbsləri, eləcə də kütləvi edamlar, insanların daşqalaq edilməsi və azadlığın məhdudlaşdırılmasını pisləyir. Qətnamədə İranda keçirilmiş prezident seçkilərinə də xüsusi yer ayrılıb.
www.anspress.com
|